Böyük Bəhmənli bələdiyyəsi — Azərbaycan Respublikasının Füzuli rayonunda 1999-cu ildən fəaliyyət göstərən bələdiyyə.

Tarixi 07.12.1999-cu il tarixli 771-IQ nömrəli "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun ilkin versiyasının "Füzuli rayonu" bölməsinə əsasən yaradılan 18 bələdiyyədən biri də Füzuli rayonunun Böyük Bəhmənli bələdiyyəsi olub.

22.04.2000-ci il tarixli 02 №-li Bələdiyyə Protokolunda təsbit edilmiş Qərarı ilə Bələdiyyənin ilk Nizamnaməsi qəbul edilib və 13.02.2020-ci il tarixli 03 №-li Protokolunun 3-cü Qərarı ilə ləğv edilib.

8.04.2000-ci il tarixli 864-IQ nömrəli Qanunla təsdiq edilmiş "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq Bələdiyyə Horadizdə yaradılmış Füzuli rayonu üzrə Bələdiyyələrin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

2003–2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (indiki Bələdiyyələrlə iş baş idarəsi) və İmişli Regional Ədliyyə İdarəsi həyata keçirib.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, həmin Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

2020–ci ildən bu Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkıəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilir.

13.02.2020-ci il tarixli 03 №-li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin ikinci Nizamnaməsi qəbul edilib və 10.03.2026-cı il tarixli 02 №li Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləv edilib.

19.11.2025-ci il tarixli 18 №-li Protokolunun 2-ci Qərarı ilə "Füzuli rayonunun Böyük Bəhmənli bələdiyyəsinin Vergi Xidməti Orqanı haqqında" Əsasnaməsi təsdiq edilib.

15.12.2025-ci il tarixli 20 №-li Bələdiyyə Protokolunun 2-ci Qərarı ilə Bələdiyyənin embleminin təsviri və istifadə qaydaları təsdiq ounub. Emblemin somvolik-məna təsviri belədir:"1.        Ümumi məna təsviri: Bu Emblem ümumi mənada, Bələdiyyənin idarəçilik, yerli icma və inkişafını təmsil edir, ortasında sadəcə səkkizgüşəli simvolun olması, Emblem birlik, mərkəzləşmə və milli identikliyi, bötövlükdə yerli idarəetmənin sabitliyini, inkişafı və milli mədəni irsi təmsil edir, "əmək və tərəqqi" motifi ilə uyğunlaşdırılıb.

2.        Ümumi forma: Emblem dairəvi formada yaxın, lakin alt hissədə dişli çarx (vites) elementləri ilə tamamlanan bir Emblem kimi görünür; rəngləri əsasən qızıl, kontrlar qara, fon isə ağdır; Azərbaycan milli ornamentlərində tez-tez rast gəlinən ulduz motivinə bənzəyir və qar dənəsi və ya günəş şüaları kimi parlaq, simmetrik künclərlə dizayn olunub; 3D effektli, qızıl parıltılı və qara konturlu olduğundan, parlaq və rəsmi təəssürat yaradır.

3.        Səkkizgüşəli ulduz:

3.1.   qızıl rəngli, səkkizguşəli ulduzvari oktaqonal element yerləşir;

3.2.   həmin element Azərbaycan milli mədəniyyətində yayılmış motivlərə istinad edərək, birlik, rəhbərlik və milli identikliyi simvollaşdırır – bu, Dövlət Gerbindəki ksəkkizguşəli ulduzla eyni mənaları daşımaqla, tarixi Selсuk dövlətinin oktaqonal simvolları ilə də eyni mənaları paylaşır;

3.3.   eyni zamanda, bu element birlik, əbədiyyət, milli identiklik və türk xalqlarının səkkiz qolunu (və ya İslam ornamentlərindəki sonsuzluq simvolunu) təmsil edir;

3.4.   Səkkizguşənin qızıl rəngi isə zənginlik, günəş, uğur və parlaq gələcəyi simvollaşdırır, xüsusilə Füzuli rayonunun Böyük Qayıdış prosesində yenidənqurma və dirçəliş ideyasını vurğulayır.

4.        Dişli çarx (vites)

4.1.   aşağı hissədə qızılı rəngdə dişli çarx (vites) təsvir edilib;

4.2.   çarxın yuxarın nahiyəsində içırindən “Böyük Bəhmənli Bələdiyyəsi” sözləri yazılıb;

4.3.   bu dişli çarx:

4.3.1.     ümumilikdə, irəliləyiş, sənaye, yenidənqurma və iqtisadi inkişafı, Qarabağ bölgəsinin son illərdə keçirdiyi yenidənqurma proseslərini, infrastruktur quruculuğu və yerli iqtisadiyyatın dirçəldilməsini təcəssüm edir (Füzuli rayonu "Böyük Qayıdış" siyasətinin mühüm tərkib hissəsidir və Bəlıdiyyə Qarabağ iqtisadi rayonunun strateji yollarının üzərindədir);

4.3.2.     Bələdiyyənin funksiyalarını, yerli əhaliyə xidmətini və Bələdiyyə ərazisinin potensialını vurğulayır;

4.3.3.     Bələdiyyənin strateji mövqeyini (Araz çayına yaxınlıq) və iqtisadi potensialını vurğulayır;

4.3.4.     qızıl rəngi zənginlik, uğur və parlaqlıq mənasını daşımaqla, eyni zamanda, dövlətçilik və əzəmətə işarə etməklə, yüksək status rəmzidir;

4.3.5.     Bələdiyyənin rəsmiyyətini, etibarlılığını və xalqa xidmət öhdəliyini vurğulayır.

4.4.   dişli çarxın aşağı nahiyyəsi bölgənin sənayeləşməsi, eyni zamanda kənd təsərrüfatındakı mexanikməşmə ideyalarını əks etdirir.

5.        Yazı elementləri

5.1.   Emblemin yazı elementləri mərkəzi ulduzvari formanın ətrafında, yuxarı hissədən əyri (qövslü) şəkildə yerləşdirilmiş "Füzuli rayonunun” sözlərindən, çarxın yuxarı qatından aşağıda, işəridən isə “Böyük Bəhmənli Bələdiyyəsi" sözlərindən ibarətdir;

5.2.   Hərflər böyük hərflərlə (kapital) yazılmış, kölgə və dərinlik qatılmışdır.

5.3.   Rəng olaraq, hərflər açıq (ağ və ya krem tonlu) fonda qara konturlu və parlaq effektli görünür, emblemə rəsmi və oxunaqlı bir hava verir.

5.4.   Yazı tam dairəvi formada deyil, ancaq yuxarı yarımqövslə məhdudlaşır və mərkəzi elementlə harmoniyada yerləşdirilib;

5.5.   yazı hündürlüyü 1/8 radius civarındadır;

5.6.   sözlər Bələdiyyənin Nizamnaməsindəki rəsmi adını əks etdirir, icma birliyini, rəsmi idarəçiliyi və yerli mənsubiyyəti, Bələdiyyənin xalqa xidmət missiyasını və bölgənin Azərbaycan dövlətçiliyindəki yerini vurğulayır;

5.7.   eyni zamanda, “Füzuli rayonun” sözləri ərazinin coğrafi mənsubiyyətini və aid olduğu inzibati ərazi vahidini (rayonu) bildirir.

6.        Rəngkərin təsviri

6.1.   Qızıl elementlərin və qara konturların birləşməsi güc, parlaqlıq və rəsmiliyi ifadə edir, regionun keçmiş çətinliklərindən (işğal dövrü) çıxıb yeni dövrə keçidini göstərir.

6.2.   Emblemin arxa planı sadə və təmiz ağ fondan ibarətdir – bu, heç bir naxış, rəng keçidi və ya əlavə element olmadan, tamamilə düz və vahid ağ rəngdir. Ümumilikdə parlaq və boş bir səth kimi görünür. Bu dizayn emblemə rəsmi və professional təəssürat qatmaqla, diqqəti mərkəzi simvollara yönəldir."10.03.2026-cı il tarixli 02 №li Bələdiyyə Protokolunun 1-ci Qərarı ilə Bələdiyyənin 3-cü Nizamnaməsi təsdiq edilib.

02.04.2026-cı il tarixli 08 №-li Bələdiyyə Protokolun 2-ci Qərarı ilə Bələdiyyənin ilk dəfə Reqlamenti təsdiq edilib. Bu Reqlament Qarabağ Regional Ədliyyə İdarəsinin dəstəyi ilə, beynəlxalq korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun tərtib olunub. Reqlamentdə tənzimlənmiş, iclasların keçirmə qaydası və qarşıya çıxan problemlərin həlli Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi Fariz Şirinovun rəhbərliyi ilə 04.06.2026-cı il tarixlində keçirilən tədbirlərdə geniş müzakirə olunub . Bu Reqlamentə dəyişikliklər aşağıkı protokollarla edilib: 02.09.2026-cı il tarixli 16 №-li Protokolun 6-cı Qərarı.

02.09.2026-cı il tarixli 16 №-li Protokolun aşağıdakı qərarları ilə Bələdiyyənin aşağıdakı daxili tənzimləmə (təşkilati) aktları təsdiq olunub:

Bələdiyyə qurumlarında vətəndaş qəbulu Qaydaları - 2.1-ci Qərarla təsdiq edilib. Bu Qaydalar “Bələdiyyələrdə vətəndaş qəbulunun planlaşdırılması, təşkili, keçirilməsi və rəsmiləşdirilməsi” mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 16.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; "Bələdiyyə binasının xüsusi lövhələri haqqında" Təlimat - 3-cü Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə binasının çölündə və içərisində xüsusi lövhənin tərtibatı, yerləşdirilməsi və yenilənməsi, Xüsusi lövhədə informasiyanın yerləşdirilməsi və yenilənməsi, əhali üçün elanların verilməsi və məlumatların açıqlanması ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin korrupsiya əleyhinə Qaydaları - 4.1-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyə nüfuzunun qorunması, korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması, yaxın qohumların birgə işləməsinə yol verilməməsi, korrupsiya şübhəsinin bildirilməsi, Etik Nəzarətçinin fəaliyyəti, korrupsiya şübhəsinin qeydə alınması və araşdırılması və məlumatverənin müdafiəsi ilə bağlı münasibətlər tənzimlənib. Bu Qaydalar "Bələdiyyələrdə korrupsiya əleyhinə Qaydaların tətbiqi" mövzusunda Qarabağ Regional Ədliyyə İdarəsi tərəfindən rəisi Fariz Şirinovun rəhbərliyi ilə 21.09.2026-cı il tarixlində keçirilən videoseminarda geniş müzakirə edilib ; Bələdiyyənin müqavilə Qaydaları - 5-ci Qərarla təsdiq edilib. Sənəddə Bələdiyyənin bağladığı müqavilələrin daxili nümunəvi formanın hazırlanması və təsdiqi, ona dəyişiklik, formadan kənaraçıxma, müqavilələrin hüquqi və maliyyə-mühasibatlıq ekspertizası, ekspertiza nəticələrinin rəsmiləşdirilməsi, müqavilənin Bələdiyyə iclasında müzakirəsi və təqdim edilməsi məsələləri ilə bağlı münasibətlər tənzimlənib; Bələdiyyənin elektron informasiya təhlüksizliyi Təlimatı - 8-ci Qərarı ilə təsdiq edilib. Bələdiyyədə elektron infotəhlükəsizliyin təşkili, təmin edildiyi təqdirdə Xidməti rabitə vasitələrindən istifadə zamanı elektron infotəhlükəsizlik, Xidməti İKT avadanlığından istifadə zamanı elektron infotəhlükəsizlik, Bələdiyyədaxili İKT şəbəkəsindən, internetdən və sosial şəbəkələrdən istifadə zamanı elektron infotəhlükəsizlik və informasiya təhlükəsizliyi ilə bağlı digər münasibətlər tənzimlənib.

Mərkəzi və ərazisi Nizamnaməsinin 1.5-ci bəndinə əsasən Bələdiyyənin mərkəzi Füzuli rayonunun Böyük Bəhmənli kəndidir.

Bələdiyyənin ünvanı: Böyük Bəhmənli kəndi, Füzuli Rayon İcra hakimiyyətinin Böyük Bəhmənli kənd İƏD üzrə nümayəndəliyinin binası.

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanuna əsasən həmin Bələdiyyənin ərazisinə aşağıdakı aiddir: Bələdiyyənin adıVÖENBələdiyyə ödəyicisi üçün veegi koduBələdiyyənin statistik koduƏrazisi (km²)İnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduFüzuli rayonunun Böyük Bəhmənli bələdiyyəsi750011859175106060700734Böyük Bəhmənli kənd iəd60607005Böyük Bəhmənli kəndi60607018 thumb

Bələdiyyənin fəaliyyəti ilə bağlı digər məlumatlar "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirir.

Bələdiyyə sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir.

Bələdiyyənin rəsmi əlaqə məlumatları aşağıdakılardır:

ünvanı: Böyük Bəhmənli kəndi, kənd nümayəndəliyinin binası e-poçt ünvanı: [email protected] sosial şəbəkə hesabları: https://www.facebook.com/fuzuli.rayonu.boyuk.b.hm.nli.b.l.diyy.s, https://www.instagram.com/boyukbahmanli_baladiyyasi Bələdiyyənin məlumatına görə 2025-ci il yanvar ayı üçün Bələdiyyə ərazisində 1570 ev təsərrüfatı fəaliyyət göstərməklə, 6700 nəfər yaşayır.

İstinadlar

Kateqoriya:Füzuli rayonunun bələdiyyələri Kateqoriya:1999-cu ildə Azərbaycanda yaradılan bələdiyyələr