Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti.

Həyatı Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir.

Fəaliyyəti Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.

Ad və mükafatlar Azərbaycan Respublikasının Əməkdar Artisti (1991) Azərbaycan Respublikası Prezidentinin mükafatı (2006) Azərbaycan Respublikası Prezidentinin mükafatı (1 may 2017) Azərbaycan Respublikası Prezidentinin mükafatı — 10 may 2019-cu il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2020-ci il 3-cü dərəcəli "Əmək" ordeni — 17 mart 2021-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021-ci il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 6 may 2023-cü il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 9 may 2024-cü il Azərbaycan Respublikası Prezidentinin mükafatı — 8 may 2025-ci il

Teatr rolları Aysidora Dunkan (Z. Saqalov "Aysidora Dunkan") Emi Qosuil (Q. Qorin "Dördüncü Kin") Təhminə (Anar "Təhminə və Zaur") Ametistova (N. Ptuşkina "Əvvəlcədən ödəmə") Tereza (İ. Jamiak "Azaliya") Meqqi (B. Sleyd "Şərəfləndirmə") Oluen Piil (D. Pristli "Səmimi, kiçicik məclis") Qadın (Elçin "Qatil")

Filmoqrafiya Əgər bir yerdəyiksə (film, 1975) (tammetrajlı bədii film) (rol: Solmaz) Ad günü (film, 1977) (tammetrajlı bədii film) Bir ailəlik bağ evi (film, 1978) (tammetrajlı bədii film) Təxribat (film, 1989) (tammetrajlı bədii film) (rol: Rəna) Ovsunçu (film, 2002) (tammetrajlı bədii film) Kədərim (film, 2015) (qısametrajlı bədii film) (rol: ana)

İstinadlar

Xarici keçidlər Aktrisanın altı monoloqu Юбилей актрисы: неповторимая Рита Амирбекова — ИНТЕРВЬЮ — ФОТО Rus Dram Teatrında "Blisslər ailəsi" eksentrik komediyasının premyerası olub Юбилей актрисы: неповторимая Рита Амирбекова — ИНТЕРВЬЮ — ФОТО

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilənlər Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri