Sərvər Şahbəyli (15 aprel 1962, Ağsu — 27 dekabr 2016, Ağsu) - Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi.

Həyatı Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir.

Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır. Şeirləri bir neçə almanaxda çap olunub, 2006-cı ildə isə "Bu yol hara gedir belə? kitabı çapdan çıxmışdır. 2014-cü ildə kitabın eyni adlı audio versiyası öz ifası ilə dinləyicilərə təqdim olunmuşdur. Sərvər Şahbəylinin sözlərinə 200-ə yaxın mahnı yazılıb, "Səni axtara-axtara", "Hamı gəzir yarısını", "Gecikməyin sevməyə" ("Xəyallar qayıtsa da") kimi hit mahnıları sevilə-sevilə dinlənilir.

Nəğməkar-şair, 27 dekabr 2016-cı ildə 54 yaşında vəfat etmişdir. Doğulduğu Ağsu rayonunda vəfat etmiş və orada dəfn olunmuşdur.

Filmoqrafiya Muradsad (film,1984) Şəhərli biçinçilər (film, 1985) Sürəyya (film, 1987) Yük (film, 1993) Qax abidələri (sənədli film, 2001) Ərazi (film, 2005) Əlvida (film, 2007) Qurban (film, 2011) Yada salar ellər məni (film) - rol: Səməd Vurğun Məhkumlar (teleserial, 2012)

Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağsuda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:2016-cı ildə vəfat edənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları