Bu məqalə ənənəvi sığorta əməliyyatlarına alternativ olaraq tətbiq olunan, İslam Şəriətinə uyğun qaydada həyata keçirilən təkaful (ərəbcə: التكافل) sığortasının mahiyyəti haqqındadır.

Giriş Dünyanın sığorta sektorlarındakı inkişaf tendensiyalarını araşdırarkən, sığorta nəzarəti və biznesi ilə bağlı qəbul edilmiş yeni beynəlxalq prinsip və standartlarla tanış olarkən, ayrı-ayrı beynəlxalq konfrans və forumlarda iştirak edərkən çox tez-tez rastlaşdığımız mövzulardan biri də İslam sığortası və ya təkaful anlayışları ilə bağlıdır. Bu anlayışlar əksər hallarda sinonim kimi işlənsə də, əslində onlar arasında müəyyən fərq var ki, bu da təkafulun İslam sığorta modellərinin Şəriət alimləri tərəfindən daha geniş şəkildə qəbul edilmiş bir qrupunu əhatə etməsindədir. Təkaful əməliyyatlarının həcminin dünya maliyyə sistemində analoqu olmayan sürətlə inkişafı, habelə maliyyə böhranlarının bu sistemdən demək olar ki, təsirsiz ötüşməsi (təkcə bir faktı demək kifayətdir ki, 2007-2010-cu illər arasında təkaful əməliyyatlarının həcmindəki artım illik 28 % təşkil etmişdir )Bax: Swiss Re: “Islamic Insurance Revisited” September, 2011. S.14. istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı transmilli korporasiyaların son vaxtlar təkafulla bağlı nəzəri və təcrübi tədqiqatlara vaxt və pul sərf etmələrinə səbəb olmuşdur.

“Təkaful” ərəb mənşəli olub, "كفل" (“kəfələ”) sözündən götürülmüşdür, təmin etmək, bir kəsə kömək etmək və ya bir kəsin qayğısına qalmaq mənalarını daşıyır. Təkaful birgə məsuliyyət, qardaşlıq, həmrəylik, qarşılıqlı əməkdaşlıq, yaxud yardımlaşma əsasında müəyyən riskə qarşı maliyyə təminatı üçün formalaşdırılan münasibətlər sistemidir.Mohd. Masum Billah, “Different models of Takaful in the Global sound market”, Preview. www.islamic-insurace.com Dünyanın ən yeni, lakin ən dinamik Bax: Pricewaterhouse Coopers “Takaful: Growth opportunities in a dynamic market Insurance” 2008, S. 3. sığorta institutu olan təkafulun tarixi dolayısı ilə 14 əsr əvvələ - ərəb tayfaları arasında geniş yayılmış və İslam Şəriətində də qəbul edilmiş “əl-əqilə”“Əl-əqilə” ərəb tayfaları arasında könüllü razılaşma əsasında tətbiq edilən mexanizm olmuşdur. Tayfalar arasında ümumqəbuledilmiş qaydaya görə hər hansı tayfanın nümayəndəsi başqa bir tayfaya mənsub şəxs tərəfindən bilməyərəkdən (ehtiyatsızlıqdan) öldürülərdisə, onun varislərinin təqsirli şəxsin ata qohumları tərəfindən qan pulu – diyah almaq hüququ yaranırdı. Bu cür qohumlar – “əl-əqilə” – ölümdə təqsirli olan şəxsin məsuliyyətinin aradan qaldırılması üçün zərərçəkmişin varislərinə qan pulu ödəmək üçün birgə maliyyə yardımı göstərməli idilər. Bu doktrina İslam Şəriətində də qəbul edilərək fiqh məsələlərində tətbiq edilmişdir və buna görə də İslam hüququnda icazəli olan əqd kimi tanınır.

İslam hüququnda “əl-əqilə” təkcə ölüm halına görə deyil, həmçinin bədən xəsarətinə görə də tətbiq edilir. Məsələn, 7-ci əsrdə ölümə görə 100 dişi dəvə verilməli idisə, gözün itirilməsinə səbəb olmağa görə 50 dişi dəvə verilməli idi. doktrinasına qədər gedib çıxır. Bu prinsip sonralar həyatın bir çox sahələrində, xüsusən də dəniz tacirlərinin zərərlərinin qrup üzvlərinin birgə vəsaitləri hesabına formalaşdırılan fonddan ödənilməsi sistemində geniş tətbiq edildi. Lakin peşəkar fəaliyyət olaraq, ilk təkaful şirkəti 1979-cu ildə Sudanda təsis edilmişdir. 2012-ci ildə isə dünyada 150-yə yaxın müstəqil təkaful şirkəti, 200-dən artıq isə sığorta şirkətlərinin “təkaful pəncərəsi” mövcud olmuşdur.

İlk olaraq, təkaful haqqında qısaca onu demək olar ki, bu, bir kəsin qarşılıqlı köməkləşmə və könüllü yardım prinsipləri əsasında, başqa iştirakçıların məruz qala biləcəyi zərərli hadisələrdə maliyyə yardımı göstərmək niyyəti ilə ümumi fonda (iştirakçılar fondu və ya təkaful fondu) hər hansı pul məbləğini ödəməklə, eyni zamanda özü də zərərə məruz qalacağı halda bu fonddan yararlanmaq imkanı verən mexanizmdir.

Təkaful daha geniş mənada nədir, ümumiyyətlə İslamın sığortaya münasibəti necədir, Şəriətlə qəbul edilməyən sığorta əməliyyatları hansılardır və s. bu kimi suallarla bağlı konkret məsələlərə keçməzdən əvvəl, bu sitiqamətdə aparılan araşdırmaların qısa nəticəsi ilə tanış olmaq daha məqsədəuyğundur:

Müsəlmanların etiqadına görə ehkamları ilk insan olan Adəmdən (ə.s.) başlamış, Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.) və s. peyğəmbərlər vasitəsilə insanlara çatdırılması davam etdirilmiş, sonuncu peyğəmbər Məhəmmədin (s.ə.s.) vaxtında isə kamil olmuş“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım...” (Quran, əl-Maidə surəsinin 3-cü ayəsi) – Məhəmməd peyğəmbərin (s.ə.s.) ölümündən az bir müddət əvvəl, 632-ci ildə (hicri tarixi ilə 10-cu il) etdiyi yeganə həcc ibadəti zamanı müsəlmanlar qarşısındakı vida xütbəsini bitirərkən nazil olmuş bu ayə İslam alimlərinin əksəriyyətinin rəyinə görə Allah tərəfindən inslanlara nazil olan son ayədir. Ayənin qeyd olunan hissəsindən aydın şəkildə görünür ki, İslama aid bütün qayda, əmr və qadağalar o vaxta qədər bəyan edilərək dini tam kamil səviyyəyə çatdırmışdır və ondan sonra yaranan və İslamla əlaqaləndirilən hər hansı ayinlərin və yeniliklərin əslində dinə heç bir aidiyyatı yoxdur. Bu mövqe Məhəmməd peyğəmbərin (s.ə.s.) çoxsaylı səhih hədisləri əsasında da dəstəklənir. Məs: “Kim bizim işimizə (dinimizə) aid buyurmadığımız bir əməl etsə, bu ondan qəbul olunmaz.”(“Səhih Muslim”, “Hökmlər” bölməsi, “Batil hökmlərin ləğvi, yeniliklərin rədd edilməsi” fəsli) və ya “Həqiqətən sözlərin ən doğrusu Allahın, əməllərin ən xeyirlisi Məhəmmədin(s.ə.s.)dir. Əməllərin ən şərlisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir, hər bir bidət isə zəlalətdir. Zəlalət isə oddadır” (hədisin ilk hissəsini Əhməd (№ 1/392,293,432); Əbu Davud (№ 2188); ət-Tirmizi (№ 1105); İbn Macə (№ 1892) rəvayət etmiş, ikinci hissəsi-Muslim «Şərhu Nəvəvi» (№ 6/153-156); Əhməd (№ 3/319,371); ən-Nəsai (№ 3/188,189)) və s.) İslam dini sosial, iqtisadi və siyasi məsələlər də daxil olmaqla, həyatın hər bir cəhətini ehtiva edən dəyərləri və prinsipləri özündə birləşdirir. İslam hüququnun məcmusu olan Şəriətə görə insanlar arasındakı bütün münasibətlərdə ədalətli rəftar mövcud olmalıdır. Bu səbəbdən istismarın – bu və ya digər yolla kiminsə haqqı çatmadığı bir şeyi əldə etməsi hallarının aradan qaldırılması üçün ədalətsiz varlanmanın bütün yolları, həmçinin zəruri olmayan risk və ya möhtəkirlik (böyük qazanc vəd edən, lakin həddən artıq riskli olan sərmayə qoyuluşu) əlamətləri daşıyan əməliyyatlar qadağan edilir. İslam iqtisadiyyatının əsaslarını formalaşdıran bir sıra əsas prinsiplər onu ənənəvi iqtisadi münasibətlərdən fərqləndirir.

Məlum olduğu kimi, İslam iqtisadiyyatının prinsipləri Quran və Sünnəyə (sonuncu İslam peyğəmbəri Məhəmmədin (s.ə.s.) sözləri, əməlləri və görüb inkar emədiklərindən ibarət, onun həyat tərzinin etibarlı dəlillərlə rəvayət olunduğu səhih hədislərə əsaslanan İslam hüququnun iki əsas mənbəyindən biri) əsaslanan nəzəriyyə üzərində qurulmuşdur. Bu nəzəriyyənin başlıca ideyası ondan ibarətdir ki, bütün əməllər, o cümlədən iqtisadi və ticari sövdələşmələr və əməliyyatlar Allahın insanlara qadağan etdikləri ilə - haramlarla bağlı olmamalıdır. İslama görə qazanılan bütün gəlirlər və əldə olunan mənfəətlər yalnız qanuni, dini terminlə ifadə etsək, halal olmalıdır. Quranda bu barədə deyilir: “Allahın sizə verdiyi ruzidən halal və təmiz olanını yeyin. İnandığınız Allahdan qorxun”. (Quran, əl-Maidə surəsi, 88-ci ayə). Nəyin halal və ya haram olmasını isə insanlar özləri deyil, Allah müəyyən edib ki, bu da insanlara nazil olan sonuncu müqəddəs kitabda və göndərilən sonuncu Peyğəmbərin (s.ə.s.) sünnəsində (davranışları və sözlərində) əks olunub. (İslam əqidəsinə görə Məhəmməd peyğəmbərin (s.ə.s.) dedikləri, etdikləri, təsdiq etdikləri və ya görüb inkar etmədiklərini bilmək də Allahın insanlar üçün müəyyən etdiyi əmr və qadağalara riayət etmək baxımından vacib şərtdir. Çünki, İslamda olan əmr, icazə və qadağaların heç də hamısı Quranda əhatə olunmur. İslam əqidəsinə görə peyğəmbərlərin dedikləri də Allahın əmrləridir. "O, havadan (kefi istəyəni) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." (Quran, ən-Nəcm surəsi 3, 4-cü ayələr); "Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir." (Quran, əl-Həşr surəsi 7-ci ayə); “Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Quran, əl-Əhzab surəsi 21-ci ayə))

İslam dinində risk idarəetməsinə münasibət Bəzi müsəlmanlar hesab edirlər ki, sığorta mexanizminə cəmiyyətdə ehtiyac yoxdur, çünki, onsuz da hər kəs başqasının maddi və mənəvi problemlərinin aradan qaldırılmasına yardım etmək öhdəliyi daşıyır. Əslində əgər cəmiyyət üzvü olan insanlar və ya xalqlar bu məqsədlə xüsusi mexanizm vasitəsilə müəyyən vəsaiti bir yerə toplayır və ehtiyacı yarananların, zərər çəkənlərin, itkilərə məruz qalanların ehtiyaclarının ödənilməsinə sərf edirlərsə, bu, sərvətin və resursların İslamda əmr olunan bölüşdürülməsinin bir üsuludur.

Bir çoxları ümumiyyətlə sığorta əməliyyatlarının, xüsusən də həyat sığortasının İslama zidd olması barədə fikirlər yürütmüşlər. Belə mövqeyin əsasında sığortanın müsəlmana xas olan Allaha təvəkkül, yəni hər bir işdə, o cümlədən hər hansı bir təhlükəyə və ya riskə qarşı dayanmaqda Allaha arxalanmaq sifətinə uyğun olmaması ideyası dayanır. Lakin müsəlman alimlərinin rəyinə, həmçinin bu rəylərin formalaşmasında əsas olan bizim də aşağıda gətirəcəyimiz dəlillərə görə sığortanı məhz bu cəhətdən İslam prinsiplərinə uyğun olmayan fəaliyyət hesab etmək düzgün deyil. Əslində İslam məntiqi ilə yanaşsaq, gündə beş vaxt namaz qılmaq, zəkat və sədəqə vermək və s. axirətdəki həyatın sığortasıdır.