Aytəkin Kamil qızı Alxaslı () — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri

Həyatı Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib.

1987-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib.

Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib.

ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib.

Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə "100 illik" medalı ilə təltif olunub.

2020-ci ildə Tərəqqi medalı ilə təltif olunub.

İstinadlar

Xarici keçidlər "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb? (VİDEO)

Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:ANS TV-nin jurnalistləri Kateqoriya:Şəkidə doğulanlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları