Leon Vert (; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı.
Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur.
Kitabları
33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə)
"Balaca şahzadə"
Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb:
"Leon Vertə.
Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm. Bütün yaşlı adamlar nə vaxtsa balaca olublar, amma hamısı bunu xatırlamır. Odur ki, mən öz ithafıma düzəliş etmək istəyirəm:
Balaca oğlan olduğu vaxtkı Leon Vertə".
Xarici keçidlər Fransızca Une soirée à l'Olympia, livre electronique Léon Wert on the website of Viviane Hamy Publishing house Left french newspaper Politis, january 2006 Events in the Pompidou Center Library in Paris Pierre Michel, ''Octave Mirbeau et Léon Werth .
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:1878-ci ildə doğulanlar Kateqoriya:1955-ci ildə vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:XX əsr Fransa yazıçıları Kateqoriya:Fransa ədəbi tənqidçiləri