Sona Şahnəzər qızı Aslanova — Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa, Azərbaycan SSR əməkdar artisti (1956).
Həyatı Azərbaycanın məşhur opera ifaçısı Sona Aslanova 1924-cü ildə oktyabrın 4-də Bakı şəhərinin Binəqədi kəndində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında musiqi təhsili alır. 1952-ci ildə konservatoriyanı bitirdikdən sonra elə orada dərs deməyə başlayır. Azərbaycan səhnəsinə isə onu ilk dəfə Üzeyir Hacıbəyov gətirir. Sənətkar 200-dən çox mahnı ifa edir. "Görüş", "Telefonçu Qız" və başqa filmlərə çəkilir. Bir çox filmlərdə obrazların dilindən mahnıları da, məhz Sona Aslanova ifa edir. Opera səhnəsinə isə "Arşın Mal Alan" -da Gülçöhrə, "Əsli və Kərəm" — də Əsli, "Koroğlu" -da Nigar obrazını yaradır.
Bakıda Kamal adlı bəylə evli olan Sona xanım 1994-cu ildə ABŞ-yə oğlunun yanına köçür. 2008-ci ildə iflic olduqdan sonra isə səsini itirir. 2011-ci ildə 87 yaşlı Sona Aslanova Los-Ancelesda vəfat edir. ABŞ-də dəfn xərcləri çox baha olduğundan cənazəsinin yandırılmasını vəsiyyət edir. Ölümündən sonra isə cənazəsi vəsiyyətinə uyğun olaraq yandırılır.
Üzeyir Hacıbəyov onu "səsi ürəkləri fəth edən qadın" deyə tanıdıb.
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956 "Şərəf nişanı" ordeni — 9 iyun 1959
Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Çinarənin anası Arşın mal alan (film, 1965) Bir az da Bahar bayramı (film, 1979) Bizim Cəbiş müəllim (film, 1969) Bizim küçə (film, 1961) Doğma xalqıma (film, 1954) Əmək və qızılgül (film, 1962) Görüş (film, 1955) Gün keçdi (film, 1971) İstintaq (film, 1979) Qəmbər Hüseynli (film, 2007) O qızı tapın (film, 1970) Ömrün səhifələri (film, 1974) Telefonçu qız (film, 1962) Üzeyir ömrü (film, 1981)
Mənbə Sona Aslanovanın meyiti yandırılır
Həmçinin bax Murad Rəhimov
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:Azərbaycan musiqi pedaqoqları Kateqoriya:SSRİ aktrisaları