Hamlet Ağadadaş oğlu Qurbanov () — Azərbaycan-sovet kino və teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1982).
Həyatı Hamlet Qurbanov 13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olmuşdur. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirmişdir. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaratmışdır. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində (1978) doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış etmişdir. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilmişdir. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.
Ailəsi Hamlet Qurbanov aktyor Ağadadaş Qurbanovun və opera müğənnisi Gülxar Həsənovanın oğludur.
Aktrisa Gülşən Qurbanovanın və rejissor və kino rəssamı Firəngiz Qurbanovanın atabir qardaşıdır.
Xatirəsi 2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanmışdır.
Teatr səhnəsində yaratdığı obrazlar Akademik Milli Dram Teatrının səhnəsində Doktor ("Şöhrət və ya unudulan adam") Səlim bəy ("Qaçaq Nəbi") Şəkərlinski ("Kəndçi qızı") Doktor Lalbyuz ("Dəli yığıncağı") Udriya ("Adsız ulduz") Şamxal ("Şəhərin yay günləri") Əliqulu ("Əliqulu evlənir") Karenin ("Canlı meyit") Hacib ("Xəyyam") Ferdinand ("Fırtına") Əsgər, İbrahim xan ("Vaqif") Ağahüseyn ("Büllur sarayda") Şükür bəy ("Kimdir haqlı") Müəllim ("Nazirin xanımı") Cəmil ("Unuda bilmirəm") və s...
Filmoqrafiya
İstinadlar
Mənbə Cəlil Məmmədquluzadə Ensiklopediyası.Bakı.2008,səh.159
Xarici keçidlər İzlə
Kateqoriya:Qurbanovlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı şəxsləri