Vəliəhd Vəliyev () — Azərbaycan aktyoru.

Həyatı 20 yanvar 1952-ci ildə Azərbaycanın Daşkəsən şəhərində anadan olub. 1975–1979-cu ildə Moskvada ÜDKİ-nun Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilir. Əsasən epizodik rolların ifaçısıdır. Ən yaddaqalanı "Evlənmək İstəyirəm" filmindəki Əhməd bəy obrazıdır.

Son 15 il müddətində Amerikanın Nyu-York şəhərində yaşayan Vəliəhd Vəliyev 10 sentyabr 2015-ci ildə vəfat etmişdir. ABŞ-də dəfn edilmişdir.

Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: Səməd Bəlkə... (film, 1985) Bəyin oğurlanması (film, 1985) Bir nəfər hamıya görə (film, 1989) Bircəciyim (film, 1986) Boş yer (film, 1989) Cəza (film, 1986) Dad (film, 1984) Evlənmək istəyirəm (film, 1983) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Gözlə məni (film, 1980) Xəbərdarlıq (film, 1985) İlıq dənizdə buz parçası (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Qanlı zəmi (film, 1985) Qara "Volqa" (film, 1994) Qara gölün cəngavərləri (film, 1984) Qocalar, qocalar... (film, 1982) Qorxma, mən səninləyəm Nəğməkar torpaq (film, 1981) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Pəncərə (film, 1991) Pərdə arxasında (film, 1987) Sübut (film, 1982) Şahid qız (film, 1990) Şeytan göz qabağında (film, 1987) Yanlış da bir naxışdır (film, 1984) "Yapon" və yaponiyalı (film, 1990) Yataqda siqaret çəkməyin (film, 1986)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər