Abbas Qəhrəmanov (tam adı: Abbas Əhməd oğlu Qəhrəmanov; ) — Azərbaycan aktyoru.
Həyatı Abbas Qəhrəmanov 24 iyul 1960-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Əməkdar artist 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir.
Fəaliyyəti Abbas Qəhrəmanov institutu bitirdiyi il Akademik Milli Dram Teatrına təyinat almışdır. Aktyor 1981–1983-cü illərdə hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra yenidən Akademik Milli Dram Teatrında çalışmağa başlamışdır. O, 1988-ci ildə Dövlət Gənclər Teatrında aktyor fəaliyyətini davam etdirmişdir. Aktyor 1990-cı ildə yenidən Akademik Milli Dram Teatrında qayıtmışdır.
O, burada Mərvan (B. Vahabzadə "Fəryad"), Qoşqar (K. Kərimov "Cəzasız günah"), Rasim (Q. Rəsulov "Cahargah fantaziyası"), Aparıcı ("Məlik Məmməd" nağılı), Rasim (Ş. Qurbanov "Əcəb işə düşdük"), Ər (R. Akutaqava "Müəmmalı bir qətlin üç versiyası"), Məmmədxan (İ. Əfəndiyev "Hökmdar və qızı"), İsgəndərzadə(Elçin "Ah Paris, Paris…"), Şöklü Məlik (N. Xəzri "Burla xatun"), Aşpaz("Kuraj və uşaqları"), Sahil ("Köhnə ev", Ə. Əmirli), Aparıcı ("Şıltaq Şahzadənin nağılı"), Andronik ("Hələ "sevirəm" deməmişdilər…" R. Novruz), Torvald Helmer (B. Brext "Oyuncaq ev" H. İbsen), Xondulu, Rəşid (İ. Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Durmişxan (O. İoseli "Kaş araba aşmayaydı"), Serjant Trotter (A. Kristin "Tələ"), Dövran (H. Mirələmov Vəsiyyət"), Şah Qacar (Ə. Əmirli "Şah Qacar") və s. tamaşalarda müxtəlif rollar ifa etmişdir.
Aktyor bir sıra televiziya tamaşalarında və filmlərdə də rollar oynamışdır. Bunlardan Şahin ("Nişan üzüyü"), Xansu ("Mənim günahım"), Ragin ("Altıncı palata"), 3-cü qardaş("Yurd yeri"), Buğacxan ("Dədəm Qorqudun kitabı"), Rasim ("Hədiyyə") misal göstərmək olar.
Mükafatları 2009-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 2017-ci il oktyabrın 12-də Prezident mükafatından məhrum edilib. Daha sonra yenidən 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin mükafatı — 7 may 2021, 10 may 2022-ci il, 9 may 2024, 8 may 2025, 7 may 2026
Filmoqrafiya Filmin adı İl Aktyor Mətn oxuyan İştirak edən Filmin növü Mənim günahım 1985Xansutammetrajlı film-tamaşa, AzTV Astana 1986Draquntammetrajlı televiziya tamaşası Dəfn edilməmiş ölülər 1988Fransuatammetrajlı televiziya tamaşası, AzTV Müqəddəs oda yanaram 1991Rasimtammetrajlı bədii film Altı nömrəli palata 1994Ragin tammetrajlı televiziya tamaşası Yurd yeri 1994Ələddintammetrajlı film-tamaşa, AzTV Yurd yeri 1997Ələddintammetrajlı bədii film, AzTV Ailə 1998 Alyanın əritammetrajlı bədii film Vahimə 1998Ruhi xəstəqısametrajlı bədii film Atillanın atlıları 2002kraltammetrajlı film-tamaşa Güllələnmiş heykəllər 2002İbrahim xantammetrajlı film-tamaşa, AzTV Odla qol-boyun 2002Təzəbəyqısametrajlı bədii film Bir anın həqiqəti 2003Afiyəddin Cəlilovçoxseriyalı bədii film Tənha durna uçuşu 2003Kişitammetrajlı film-tamaşa, AzTV Yanmış körpülər 2003İmrançoxseriyalı bədii film, AzTV Arxada qalmış gələcək 2004Ağaəlitammetrajlı bədii film Şans 2004Qədirtammetrajlı bədii film, AzTV Yoxlama 2006Çolaq (Nodar Mqaloblişvili)çoxseriyalı bədii film Cümhuriyyət generalları 2006qısametrajlı sənədli film, AzTV Günaydın, mələyim! 2008tammetrajlı bədii film Acılar bitməz 2009İsmayıl, Kamil, Qəzənfər (Vaqif Şərifov, Tofiq Bayramov, Salam İsmayıl)tammetrajlı bədii film Cavad xan 2009 ermənitammetrajlı bədii film Dayanacaq 2009Arvadın atasıqısametrajlı bədii film Ölüm növbəsi 2009 Murtuztammetrajlı bədii film Əzizim Fellini 2010tammetrajlı bədii televiziya filmi Kuklalar 2009tammetrajlı bədii film Yaddaş 2010tammetrajlı bədii film Susmuş vicdan 2010bədii serial Qaranlıqlar çiçəyi 2011 Məmmədəlibədii serial Yuva 2012qısametrajlı bədii film Döngələr 2012çoxseriyalı bədii televiziya filmi Alo, bu mənəm 2013qısametrajlı bədii film Tək olanda qorxma… 2013 Tamerlan müəllimbədii serial Oğurlanmış arzular 2013bədii serial Qırmızı bağ 2016 polistammetrajlı bədii film Ögey ana 2017 Zakirbədii serial Ağ tük 2018 Əmirtammetrajlı bədii film Əqrəb mövsümü 2022 Qurban Amanovbədii serial Alatava 2024 Cavanşirçoxseriyalı bədii film
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları