Səfurə (Safurə) Ağabala qızı İbrahimova () — Azərbaycan kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı (1984).

Həyatı Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda anadan olub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə "Stalinneft"də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin "Ana ürəyi" dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.

Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 Azərbaycan SSR dövlət mükafatı — 27 aprel 1984 (Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin "İblis" faciəsində Rəna rolunun ifasına görə) Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı — 26 iyul 2002 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 24 dekabr 2002 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 5 iyul 2003

Filmoqrafiya İl Filmin növü Film Rol 1970 Bədii film Sevil Dilbər 1965 Bədii film Arşın mal alan Telli 1974 Bədii film Qatır Məmməd Həbibə 1975 Bədii film Alma almaya bənzər Mədinə 1969 Bədii film Bizim Cəbiş müəllim Nəcəfovun arvadı 1961 Bədii film Bizim küçə Asya 1975 Bədii film Tütək səsi İsmət 1976 Bədii film Dərviş Parisi partladır Sənəm 1978 Bədii film Qayınana Sədaqət 1966 Bədii film İstintaq davam edir Məryəm 1981 Bədii film Əlavə iz Leyla 1994 Bədii film Hökm Suğra 1990 Bədii film Qətl günü Sədi Əfəndinin arvadı 1970 Bədii film O qızı tapın Xalidə 1989 Bədii film Sahilsiz gecə Dürdanə 1989 Bədii film Təxribat Aida 1997 Sənədli film Min birinci söz arxiv kadr iştirakçısı 1987 Film-tamaşa Sən həmişə mənimləsən Nəzakət 1977 Musiqili film Şir evdən getdi tülkü 1965 Televiziya filmi Yun şal Südabə

Teatr səhnəsindəki rolları İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Xəyyam Hüseyn Cavid Vəfa və Vəfanın qızı Knyaz Hüseyn Cavid Jasmen Vaqif Səməd Vurğun Gülnar və Tamara İnsan Səməd Vurğun Tatyana Anamın kitabı Cəlil Məmmədquluzadə Zəhrabəyim Ölülər Cəlil Məmmədquluzadə Nazlı Hamlet Uilyam Şekspir Ofeliya Zıkovlar Maksim Qorki Pavla Mariya Tüdor Viktor Hüqo Cen Canlı meyit Lev Tolstoy Saşa Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Hafizə Sevil Cəfər Cabbarlı Sevil Həyatın dibində Maksim Qorki Vasilisa Karpovna Dişi canavar Federiko Qarsia Lorka Prudensiya Sənsiz Şıxəli Qurbanov Maral Darıxma, ana! Nodar Dumbadze Daduno Əks-səda Nəbi Xəzri Çinarə Yad adam Leonqard Frank Mişel Qisas qiyamətə qalmaz Nahid Hacızadə Salatın Hökmdar və qızı İlyas Əfəndiyev Tubu xanım Köhnə ev Əli Əmirli Mələk Küləklər Sabit Rəhman Roza Xoşbəxtlər Sabit Rəhman İnci Əliqulu evlənir Sabit Rəhman Qumral Toy Sabit Rəhman Kamilə Dəlilər Lope de Veqa Fernando Çarəsiz dələduz Raffaele Viviani Yelena Füsunkar qız Mikolaş Dyarfaş Karola Adamın adamı Anar Balaxanım

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycanlı aktrisalar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Azərbaycan teatr aktrisaları