Məbud Məhərrəmov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2006).
Həyatı Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamış, bir çox filmlərdə çəkilmişdir.
Onun yaratdığı: Ağasaf (M. İbrahimbəyov "Мужчина для молодой женщины"; ), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J. Patrik "Странная миссис Сэвидж"; ), Şut (U. Şekspir "Kral Lir") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
M. Məhərrəmov bundan başqa bir çox filmlərdə və televiziya filmlərində çəkilmişdir. "Деловая поездка" ("İşgüzar səfər"), "Park", "Другая жизнь" ("Özgə ömür"), "В условиях неочевидности" ("Qeyri-müəyyənlik şəraitində"), "Семейный круг" ("Ailə çevrəsi") kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır.
2000-ci ildə M. Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar Artist, 2006-cı ildə isə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
2006-cı, 2012-ci, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2016-cı ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Filmoqrafiya Ailə (film) (tammetrajlı bədii film) — qaçqın Aşkarsızlıq şəraitində... (film, 1986) Bir anın həqiqəti (film, 2003) Cavid ömrü (film, 2007) Dronqo (serial, 2002) Etimad telefonu (film, 2001) Fatehlərin divanı (film, 1997) Güllələnmə təxirə salınır!... (film, 2002) Həyət (film, 2015) (qısametrajlı bədii film) Hücum (film, 1989) Xüsusi vəziyyət (film, 1986) İşgüzar səfər (film, 1982) Qala (film, 2008) Qorxma, mən səninləyəm! 1919 (film, 2013) Məşədi İbad-94 (film, 2005) Murad-Sad (film, 1988) Nə gözəldir bu dünya... (film, 1999) Nigarançılıq (film, 1998) Onun atası (film, 2016) Özgə ömür (film, 1987) — müstəntiq Park (film, 1983) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Təhminə (film, 1993) "Yapon" və yaponiyalı (film, 1990) Yaşıl eynəkli adam (film, 1987) — Qərib Yaşıl eynəkli adam-2 (film, 1999) — Qərib Yaşıl eynəkli adam-3 (film, 2002) — Qərib Yumurta (film, 2003) Xeyirlə şərin rəqsi (film, 2015) Ana və poçtalyon (2020) — poçtalyon Olimpia (film, 2021) Tağıyev. Məktəb (film, 2026) — rəssam
İstinadlar
Xarici keçidlər http://www.mct.gov.az/?/az/culturalworkers/2055/1006 "Senyor Todero xuliqan" Dövlət Rus Dram Teatrında Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları