Məzmun Kinooçerk yeni Sumqayıt şəhərinin salınmasının 15-ci ildönümünə həsr olunmuşdur.

Gənclik şəhərinin taleyi ölkəmizin müxtəlif yerlərindən buraya gəlmiş adamların taleyi ilə sıx bağlıdır. Filmdə belə adamlardan bir neçəsi barədə söhbət açılır. Bu adamlar kimlərdir? Aslan Osmanov, Mixail Kabakov, Zəminə Həsənova və başqaları.

Oçerkin ikinci hissəsi bütünlüklə şəhərin yubileyinə həsr olunmuşdur. Şəhər doğum evində daha bir sumqayıtlı anadan olmuşdur. "Rossiya" kinoteatrında və "Roza" kafesində bayram təntənələri, bu əlamətdar hadisəyə həsr olunmuş təntənəli gecə, ümumxalq gəzintisi, atəşfəşanlıq və s. filmdə öz əksini tapmışdır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Əlibala Ələkbərov Ssenari müəllifi: Əlibala Ələkbərov Operator: Əlibala Ələkbərov Səs operatoru: Əziz Şeyxov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.

Kateqoriya:Sumqayıt haqqında filmlər Kateqoriya:Sumqayıtda çəkilən filmlər Kateqoriya:1964-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər