Məzmun Film iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Ağdam rayonundakı Telman Adına Kolxozun manqabaşçısı, məşhur pambıq ustası Sürəyya Kərimovaya həsr edilmişdir. Filmdə onun fəaliyyəti hərtərəfli əks olunmuşdur: həm çoxuşaqlı anadır, həm də adlı-sanlı pambıqçı-qəhrəmandır.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Zeynəb Kazımova Ssenari müəllifi: Fəraməz Səfiyev Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Kateqoriya:1973-cü ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Qısametrajlı sənədli filmlər