Məzmun 1970-ci ildə Yalçın Əfəndiyev və Zaur Məhərrəmov Azərbaycan nümayəndə heyətinin tərkibində Suriyanın şəhərlərində olmuş, bu ölkənin görməli yerlərini lentə almışlar. Çəkilmiş sənədli materiallar əsasında onlar bu filmi yaratmışlar.

Film Azərbaycan nümayəndə heyətinin Suriyaya dostluq səfərinə həsr olunmuşdur. Kinolent tamaşaçıları Suriya Ərəb Respublikasının Dəməşq, Bəsrə və başqa şəhərlərinin qədim tarixi və gözəl memarlıq abidələri, maarif və mədəniyyəti ilə, ərəb xalqının həyatı ilə tanış edir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Ssenari müəllifi: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258.

Kateqoriya:Suriya haqqında filmlər Kateqoriya:Azərbaycan–Suriya münasibətləri Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər