Qımılqazma — Azərbaycan Respublikasının Quba rayonunun Qəçrəş kənd inzibati ərazi dairəsində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir.

Tarixi Buraya XIX əsrin sonları, XX əsrin əvvəllərində Qımıl və keçmiş Orduxan qazmalarından köç etmişlər. Ehtimal edilir ki, burada daha əvvəllər də yaşayış olub. Buna misal kimi kəndin girəcəyində olan, yaşı dəqiq bilinməyən qəbirstanlıqdır. Bu kənd magistiral yol üzərində yerləşir və buna görə də buraya gəliş-gediş asanlaşır.

Toponimikası Qımılqazma oyk., miir. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Oykonim Qımıl (kənd adı) və qazma (ev tipi) topokomponentindən ibarət olub, "Qımıl kəndinin qazması, qımıltılara məxsus qazma" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası Üç tərəfdən meşələrlə, aşağı tərəfi isə Qudyalçayla əhatə olunub. Kənd Qəçrəş, Küsnət, Qımıl və İspik kəndləri ilə sərhəddir.

Əhalisi 2003-cü ilin məlumatlarına görə kənddə 120 ailə yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 500 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Mədəniyyəti Qımıl-qazma kəndi Quba rayonunun turistlərin maraq göstərdiyi məkandır. Kənddə 1 mədəniyyət sarayı, 1 doqquz illik məktəb, kitabxana, bələdiyyə binası fəaliyyət göstərir.

İqtisadiyyatı Kəndin əhalisi əsasən kənd təsərrufatı ilə məşğul olur.

Həmçinin bax Quba rayonu

Xarici keçidlər azerbaijanphoto.com saytındakı şəkilləri Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri