Elbir Bu kəndlərin adı dəyişdirilir(əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Quba rayonunun Elbir kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Keçmiş adı Küsnət olmuşdur. 1891-ci ildə Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus ailələri burada məskunlaşdırılmışdır. Küsnətin əhalisi isə köçərək Quba və Qəbələ rayonlarında Küsnət adlı kəndlər yaratmışlar. Oykonim Vladimir vilayətinin adından götürülmüşdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2734 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri