Təngəaltı — Azərbaycan Respublikasının Quba rayonunun Çiçi kənd inzibati ərazi dairəsində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir.

Toponimikası Vəlvələçayın Yan silsiləsini kəsdiyi yerin yaxınlığındadır. Oykonim tat dilindəki təngə (dar dərə) və altı (“aşağı” mənasında olub, mövqe bildirir) sözlərinin birləşməsindən düzəlib, “dar keçidin, yaxud dar dərənin altı” deməkdir. XIX əsr mənbələrində Afurca kəndinin qışlağı kimi qeyd olunmuş, tədricən yaşayış məntəqəsinə çevrilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 705 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629

Din Kənddə "Seyidlər" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti azerbaijanphoto.com saytındakı şəkilləri

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri