Məzmun "Yerdənkənar varlıqlarla səylə əlaqə axtarırlar, bəs bizim aramızda, Yer kürəsinin adamları arasında əlaqə varmı?.." Personajların birinin verdiyi bu sual filmin müəlliflərini düşündürür və onlar "belə bir bəşəri, millətlərarası əlaqələr barədə həmişəkindən daha çox düşünməliyik" mesajını tamaşaçılara çatdırmağa çalışırlar.
Filmdə amansızlığın necə hərc-mərcliyə, zorakılığa, planetdə bütün varlığın məhvinə gətirib çıxardığı göstərilmişdir. Burada adamlara bir daha xatırladılır ki, əlaqələrin olmaması dəhşətli bəladır, qlobal qəzalar doğurur, amma film ümid hissilə sona çatır. Müsəlman və xristian dini mahnıları oxunur və yeni həyat başlanır.
Film haqqında Film yazıçı Anarın "Əlaqə" povesti əsasında ekranlaşdırılmışdır. Filmdə xronikal kadrlardan istifadə edilmişdir. Filmin 14-cü dəqiqəsində tələbə ilə qoca qadının daxil olduğu bina hal-hazırda Lider TV-nin yerləşdiyi binadır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi : Anar Quruluşçu rejissor : Cahangir Zeynallı Quruluşçu operator : Kənan Məmmədov Quruluşçu rəssam : Kamran Zeynallı Bəstəkar : Firəngiz Əlizadə Səs operatoru : Akif Nuriyev Rejissor : Adil İsmayılov Operator : Tərlan Babayev Montaj edən : Esmira İsmayılova Geyim rəssamı : Tamilla Dağıstanlı Qrim rəssamı : Çingiz Paşayev, Berta Roqova Quraşdırılmış səhnələrin operatoru : B. Travkin Quraşdırılmış səhnələrin rəssamı : M. Zavrajnı Rejissor assistenti : F. Hüseynov Montaj üzrə assistent : Tamilla Muxtarova Assistent : F. Qaryağdı İnzibatçı : M. Səfərov Səs Operatoru-Stajçı : T. Babayev İşıq Tənzimçisi : Əminə Cəfərova İşıq Ustası : Tahir Bağırov (T. Bağırov kimi) Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor : Konstantin Krimets Redaktor : Əhmədağa Qurbanov Filmin direktoru : Əli Məmmədov
Rollarda İlqar Həsənov-Tələbə Rafiq Əliyev-Psixiatr Aliyə Əliyeva Fikrət Məmmədov-Dazbaş T. Babayeva R. Axundova Q. Süleymanov Niyazi Bədəlov-Qoca
Filmi səsləndirənlər Pərviz Bağırov-Tələbə (İlqar Həsənov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Qarı (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Psixiatr (Rafiq Əliyev) (titrlərdə yoxdur)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278–298; 342–343. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1989-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın fantastika filmləri Kateqoriya:Müəmma filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması