İspik — Azərbaycan Respublikasının Quba rayonunun İspik kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun İspik kəndi Tüləkəran kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İspik kənd Soveti yaradılmışdır.

Toponimikası Kəndin adı eyniadlı dağdan alınmışdır. İspik kəndinin adı ilə adlandırılan İspik dağı Qudyalçay ilə Ağçayın suayrıcında yerləşir. Hündürlüyü 1101 metrdir. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki əspək və ya aspak (aşırımlı dağ, keçidli dağ) sözünün fonetik variantıdır.

Tarixi

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir. Ərazisi sıx meşəliklərlə əhatə olunmuşdur. Kənd Qəçrəş və Möhüc kəndləri ilə həmsərhəddir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1278 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhalisini azərbaycanlılar təşkil edir.

İqtisadiyyatı thumb|250px|right|Quba–İspik–Xınalıq avtomobil yolunun başlanğıcında vurulmuş lövhə (2006-cı il). Əhalinin məşğuliyyətini əsasən meyvəçilik, maldarlıq, əkinçilik təşkil edir.

Mədəniyyət Kənddə poçt, kitabxana və mədəniyyət evi var.

Təhsil Kənddə 11 illik məktəb fəaliyyət göstərir.

Din Kənddə məscid mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri