Ağqoyunlular (, , Āq Quyūnlū) və ya Bayandurlular — 1378–1508-ci illərdə Bayandur sülaləsi tərəfindən idarə edilən türk-oğuz boylarından ibarət tayfa ittifaqı və dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar. Dövlət ən qüdrətli dövrlərində hal-hazırkı Azərbaycan, Ermənistan, İran, İraq, Gürcüstan, Suriya, Türkiyə, Küveyt və Rusiya ərazilərini əhatə etmişdir.
Ağqoyunlu tayfa ittifaqının əsasını Bayandur tayfasından olan Pəhləvan bəy qoymuşdur. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildən Uzun Həsən başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçdi. Ardınca, 1468-ci ildə Uzun Həsən Qaraqoyunlu hökmdarı Həsənəlini məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoydu.
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.
Ağqoyunlu hökmdarları Uzun Həsən, sultan Xəlil və sultan Yaqubun dövrləri Ağqoyunlu imperiyasında elm və incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarların şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsənin sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. O, Quranı Azərbaycan türkcəsinə tərcümə etdirmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı tarixi əsər yazdırmışdı.
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu. 1508-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra Ağqoyunlular imperiyası tamamilə süqut etdi və yerini I İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.
Bayandur sülaləsinin mənşəyi
Ağqoyunlular hələ erkən orta əsrlərdə Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, həmçinin Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin Azərbaycanın cənub bölgələri, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla, çox geniş ərazidə yayılmışdılar.İradə Nuriyeva. Azərbaycan Tarixi (ən qədim zamanlardan – XXI əsrin əvvəllərinədək), səh.104
Ağqoyunlular oğuzların Bayandur boyuna mənsub idilər. Adları türkdilli qaynaqlarda "Bayandur xan oğlanları", farsdilli qaynaqlarda isə "Bayanduriyyə" olaraq verilir.Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 270. Qədim türk dilində "Bayandur" sözü "Daim nemətlə dolu olan yer" mənasına gəlir. Bayandur adı, Oğuz xanın oğullarından Göy xanın ən böyük oğlu Bayandurdan gəlir. Ağqoyunlular özlərini Bayandur xanın nəslindən sayırdılar.
Həmzə bəy dövründə "Bayandur damğası", Ağqoyunlu sikkələrinin üzərinə vurulurdu. Uzun Həsən və xələfləri dövründə Bayandur damğası yenə dövlətin əlaməti olaraq sikkələrin üzərinə vurulurdu. Ağqoyunlu bayrağı və yazılarda da bu damğadan istifadə olunurdu.Faruk Sümer, "Bayındır", C. III, Diyanet Vakfı İslam Ansiklopedisi, İstanbul, 1992, s. 246. Bayandurların damğası budur:40pxAtalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, s.56
Quruluş dövrü
Turəli bəy (1340–1362)
Ağqoyunlu dövlətinin ilk tarixi şəxsiyyəti Əlaəddin Turəli bəydir. Elxani hökmdarı Əbu Səidin ölümündən sonra dövləti ara müharibələri və feodal çıxışları bürüdü. Sutayoğulları və Çobanilər hakimiyyət uğrunda mübarizəyə başladılar. Bu mübarizədə Ağqoyunlular Mosul və Diyarbəkirdə hakimiyyət quran Sutayoğullarının, Qaraqoyunlular isə İraqdakı Cəlarilərin tabeliyində idilər. Sutayoğulları bu mübarizədə məğlub oldular və Mosulla, Diyarbəkiri itirdilər. Turəli bəy bundan sonra Mardində hökm sürən Artuqoğulları ilə ittifaq qurdu.Çetin Varlık, "Akkoyunlular", VIII, İstanbul, 1988, s. 408.
Turəli bəy dövründə Ağqoyunluların Trabzon ilə əlaqələri yaxşı deyildi. 1340-cı Turəli bəyin başçılığı ilə Ağqoyunlular Trabzon yaxınlığında bir yaylaqda yerləşmişdilər. Bu vaxt Trabzon dövlətinin ordusu hücuma keçərək Ağqoyunluların heyvanlarını ələ keçirmiş, bir qismini isə öldürmüşdü. Buna cavab olaraq Ağqoyunlular 1341-ci böyük ordu ilə Trabzona hücum edərək qarşılarına çıxan ordunu məğlub etdilər və çoxsaylı qənimətlə geri döndülər.F. Sümer, "Akkoyunlular", Türk Dünyası Aratırmaları, s. 4 1348-ci ildə Əlaəddin Turəli bəy, Ərzincan hakimi Qiyasəddinahi Ayna bəy və Bayburt hakimi Mahmud Riqabdar birləşərək Trabzonu mühasirəyə aldılar. Ancaq buranı tuta bilmədilər və geri qayıtdılar.Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 270–271
Lakin müttəfiqlər imperator III Aleksey gözünü qorxurda bildilər. Türkmanlardan çəkinən III Aleksey1352-ci ildə bacısını Turəli bəyin oğlu və xələfi Qutlu bəylə evləndirərək nikah diplomatiyasına əl atdı.Faruk Sümer, "Akkoyunlular", Diyanet Vakfı İslam Ansiklopedisi s. 271.
Qutlu bəy (1362–1389)
Turəli bəydən sonra "Fəxrəddin" ləqəbini daşıyan Qutlu bəy Ağqoyunluların hökmdarı oldu. Fəxrəddin Qutlu bəyi dindar və səmimi bir hökmdar olaraq təsvir edən Əbu Bəkr Tehrani, Kitab-i Diyarbəkriyyə əsərində onun Axısqanı ələ keçirdiyini və böyük qənimətlə geri döndüyünü yazır.Ebû Bekr-i Tihrânî, Kitâb-ı Diyârbekriyye, C. I–II, ne- r. N. Lugal, F. Sümer, Ankara, 1993, çev. Mürsel Öztürk, Ankara, 2001., s.20–21.
Qutlu bəyin dövründə Ağqoyunlular, Ərzincan hakimi Müdahhardən, Ərətnalılar, Qazi Bürhanəddin və Məmlüklər arasındakı mübarizələrdə fəal rol oynadılar.
Ərətna hökmdar Əlaəddin Əli bəyin 1380-ci ildə ölməsindən sonra hakimiyyət onun az yaşlı oğlu gəldi. Əslində isə dövləti vəzir Qazi Bürhanəddin idarə edirdi. Bir müddət sonra isə Qazi Bürhanəddin Sivasda özünü müstəqil hakim elan etdi.
Qazi Bürhanəddinin qüvvətlənməsindən narahat olan Ağqoyunlu-Müddahardən ittifaqı, Qutlu bəyin oğlu Əhməd bəyi Sivasa hücuma göndərdi. Əhməd bəy, əvvəlcə Qazi Bürhanəddinin komandirlərindən olan Yusif bəyi məğlub edərək öldürsə də,Yaşar Yücel, Mutahharten ve Erzincan Emirliği, Ankara, 1982., s. 20 Qazinin böyük qoşunla Sivasa yaxınlaşdığını xəbər tutduqdan sonra mühasirədən əl çəkib, geri çəkildi.
1387-ci ildə Məmlüklərin Malatya hakimi Mintaş, mərkəzi hakimiyyətə qarşı çıxdı və Qazi Bürhanəddindən yardım istədi. Bunun qarşılığında Malatyanı Qazi Bürhanəddinə təklif etdi.Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.317 Bu zaman Əhməd bəy Bürhanəddinin hüzuruna gələrək Ağqoyunluların tabeliyini bildirdi və Malatya yürüşünə qatıldı.Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.323–324
Lakin nə Ağqoyunlular, nə də Qazi Bürhanəddin bu yürüşdən heç nə əldə edə bilmədilər. Əlavə olaraq Məmlüklərin də düşmənliyini qazandılar. 1389-cu ildə Qutlu bəy vəfat etdi.Aziz b. Erdeşir-i Esterâbâdî, Bezm u Rezm, çev. Mürsel Öztürk, Ankara, 1990., s.325–335 O, Bayburtda dəfn edildi.
Əhməd bəy (1389–1403)
Fəxrəddin Qutlu bəyin ölümündən sonra hakimiyyətə oğlu Əhməd bəy gəldi. Əhməd bəyin dövründə Müdahhardən ilə ittifaq pozuldu. Bunun səbəbi isə Ərzincan əmiri Müdahhardənin Qutlu bəyin ölümündən istifadə edərək, Ağqoyunlulara hücumlara başlaması idi. Lakin Əhməd bəyin əks hücumu ilə geri otuzduruldu.Esterâbâdî, Bezm u Rezm, s. 342–343Faruk Sümer, "Akkoyunlular", Diyanet İslam Araştırmaları, s.271
Bu məğlubiyyətdən sonra Müdahhardən Qaraqoyunlu Qara Məhəmməddən kömək istədi. Bu istəyi qəbul edən Qara Məhəmməd, Ağqoyunlulara qarşı hücuma keçərək Əhməd bəyi ağır məğlubiyyətə uğratdı.F. Sümer, Kara Koyunlular (Balanğıçtan Cihan-şah’a Kadar), C. I, Ankara, 1992.s. 49 Qaraqoyunluların güclü rəqib olduğunu başa düşən Əhməd bəy Qazi Bürhanəddin bəy ilə ittifaq yaratdı.Esterâbâdî, Bezm-u Rezm, s. 343
1386-cı ildə Əhməd bəyə qarşı üsyan qaldıranEsterâbâdî, Bezm u Rezm, s. 438–439. Osman bəy, Əhməd bəydən ayrılaraq Kəmax qalasına hücuma keçdi. Qazi Bürhanəddin qoşunu ilə Kəmaxa gəlib Osman bəyin qarşısını kəsdi və onu geri oturtdu. Sonradan Osman bəy Qazi Bürhanəddin ilə sülh bağladı.Tihrânî, Diyârbekriyye, s. 40–43, çev. s. 39–40
1396-cı ildə Qara Yuluq Osman bəy Qazi Bürhanəddinin də köməyi ilə Əhməd bəyi hakimiyyətdən saldıJ. E. Woods, 300 Yıllık Türk Imparatorluğu Akkoyunlular, Aşiret, Konfederasyon, Imparatorluk, çev. Sibel Özbudun, Milliyet yay., İstanbul, 1993., s.79. və faktiki olaraq Ağqoyunluların başçısı oldu. Əhməd bəy 1403-cü ildə Paluda vəfat etdi.
Bəylik dövrü thumb|250px|Hasankeyf, Ağqoyunlu dövlətinin ilkin əraziləri
Qara Yuluq Osman bəy (1403–1435)
Ağqoyunlu bəyliyinin ən böyük və güclü hökmdarlarından biri də Qara Yuluq Osman bəy olmuşdur (və yaxud Osman bəy). 1353-cü ildə Fəxrəddin Qutlu bəyin Trabzon İmperatorunun qızı Mariyadan olan oğludur. Onun dövründə Ağqoyunlular geniş ərazilər ələ keçirərək bəyliyə çevrildilər.
Əmir Teymur və Qazi Bürhanəddin ilə münasibətlər Bir müddət sonra Qazi Bürhanəddin ilə Osman bəy arasında ittifaq pozuldu. Sivas yaxınlığında hər iki ordu üzləşdi. Qəfil hücuma keçən Qara Yuluq Osman bəy, Qazi Bürhanəddini məğlub etdi. Qazi Bürhanəddin döyüşdə öldürüldü.2 Tihrânî, Diyârbekriyye, C. I, s. 45, çev. s. 42Yücel, Yaşar, Kadı Burhaneddin Ahmed ve Devleti, Ankara, 1983., s.156;J. E. Woods, Akkoyunlular, s. 80;F. Sümer, "Akkoyunlular", Diyanet İslam Araştırmaları, s. 271;
Qazi Bürhanəddinin ölümündən sonra əyanlar onun oğlu Əlaəddin Əli Çələbini hökmdar elan etdilər. Qarışıqlıqlardan istifadə edən Osman bəy Sivası mühasirəyə aldı.Yaşar Yücel, Kadı Burhaneddin, s. 160 Sivaslılar şəhərin alınmasından sonra şəhərin qarət edilməsindən qorxdular, bu səbəbdən Osmanlılardan kömək istədilər. Osmanlı sultanı İldırım Bəyazid, büyük oğlu Süleyman Çələbini böyük ordu ilə Sivasa göndərdi. Osman bəy döyüşdə məğlub oldu. Beləliklə, Qazi Bürhanəddinin torpaqlarının çoxu Osmanlıların əlinə keçdi.Yaşar Yücel, Kadı Burhaneddin, s. 160–161.
Qara Yuluq Osman bəy Müdahhardənin vasitəçiliyi ilə 1399-cu ildə Əmir Teymurun Qarabağdakı qışlağına gedərək, ona tabeliyini bildirdi.Tihrânî, Diyârbekriyye, C. I, s. 47–48, çev. s. 43F. Sümer,"Akkoyunlular", Diyanet Islam Araştırmaları, s. 271 1400-cü ildə yenidən Teymurun hüzuruna gedən Osman bəy onun Anadoluya olan yürüşlərində iştirak etdi. Ağqoyunlu qüvvələrinin başçılıq etdiyi Teymuri ordusu əvvəl Sivası sonra isə, Əlbistan və Malatyanı tutdu.Tihrânî, Diyârbekriyye, C. I, s. 48, çev. s. 43.N. Şâmi, Zafernâme, çev. N. Lugal, Ankara, 1949, s. 260–263 Əmir Teymur, Qara Yuluq Osman bəyin xidmətlərinə qarşılıq olaraq Malatyanı ona verdi.F. Sümer, "Akkoyunlular", Türk Dünyası Araştırmaları, s. 9
Teymurun Məmlüklərə qarşı yürüşündə iştirak edən Ağqoyunlular, Hələb və Şam yaxınlığında olan döyüşlərdə xüsusilə fərqləndilər. Əmir Teymur, 1401-ci ildə Diyarbəkiri Osman bəyə verdi.İlhan Erdem, "Akkoyunlu Devleti’nin Kurucusu Kara Yülük Osman Bey’in Hayatı ve Faaliyetleri", XXXIV/1–2, Ankara, 1990, s. 100W. Hinz, Uzun Hasan ve Şeyh Cüneyd, s.112F. Sümer, "Akkoyunlular", Diyanet Islam Araştırmaları, s. 271 1401-ci ildə Qara Yuluq Osman bəy Əmir Teymurun əmri ilə Artuqlu hakimiyyətində olan Mardin qalasını mühasirəyə aldı. Mardin Osman bəydən aslı vəziyyətə düşdü.
Əmir Teymurun 1402-ci ildə Anadoluya II yürüşü zamanı Qara Yuluq Osman bəy qardaşları ilə yenidən Əmir Teymurun ordusuna qatıldı.Tihrânî, Diyârbekriyye, C. I, s. 50, çev. s. 45. 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazid ilə Əmir Teymurun arasında baş verən Ankara döyüşündə, Ağqoyunlu qüvvələri Teymuri qoşunun mərkəzində yer almışdılar. Bu döyüşdə Teymurilər Osmanlılara qalib gəldilər və İldırım Bəyazid əsir alındı.
Məmlüklərlə münasibətlər