Üçgün — Azərbaycan Respublikasının Quba rayonunun Küpçal kənd inzibati ərazi dairəsində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir.

Tarixi Üçgün Qubanın ən qədim, tarixi kəndlərindən sayılır. Üçgün kəndi Quba şəhərindən 16 km qərb tərəfdə Qudyalçayın sağ sahilində yerləşir. Kənd Bakı, Şamaxı, Dərbənd hüdudlarından, təqribən eyni məsafədə yerləşir. Əhalisi təxminən 1000 nəfərdən coxdur. Eyni adlı Üçgün–Qışlaq kəndi Xaçmaz rayonu ərazisində yerləşir və əhalisi 1000 nəfərdən çoxdur. Kənddə olan qəbiristanlıqlar və məscidlər kəndin qədimliyindən xəbər verir. Qədimdə bu kəndin əhalisi aran yerlərində Dərbənddən Qubaya qədər olan ərazilərdə isti və münbit torpaqlarda yaşamışlar. Rus–İran, Rus–Türk müharibələri zamanı bu vaxt şimaldan cənuba, cənubdan şimala quru qoşunları hərəkət edirdi. Ərazidə yaşayan adamlar onların ailələri mal-qaraları qırılırdılar. Sadə xalq üz tuturdu dağlara-piyada qoşunları yeriyə bilməyən yerlərə və orada məskən salırdılar. XIX əsrin axırlarına kimi Quba şəhərinin əksər kəndləri o cümlədən Üçgün kəndi dağlıq ərazilərdə yerləşirdi. XX əsrin əvvəllərində insanlar qışlaq (palasa) adlandırdıqları yerlərə köçməyə başladılar. Hazırda Quba şəhərinin bir çox kəndlərinin əhalisi həm dağda həm də aranda yaşayırlar. O vaxtlar hazırda Üçgün əhalisinin yerləşdiyi yer uçquna məruz qalmış yerlər olub. Uçqun ləzgi dilində şqun sözləri tədricən dəyişikliyə məruz qalaraq Üçgün şəklini alır. Çay torpağı yuyub aşağı düşdükcə islanmış torpaq sahələri çaya doğru sürüşürdü. Burada mal-qara saxlamaq üçün şərait, əkin üçün yararlı sahələr olduğu üçün bir neçə nəsil burada məskən salmışlar. Burada yaşayan insanların soykökü ləzgiləridir vэ Deyilənə görə Dağıstanda da Üçgün adında kənd var. Bu kənddə 11 nəsil var onlar 100–300 il əvvəl yaşamış və babalarının adları ilə tanınır. Məsələn Bayramlar–Bayram, Bəkərlər–Bəkər, Xıdırlar–Xıdır, Qazıxanlar–Qazıxan nəslindəndir. Bundan başqa Cəbəllər, Talışlar, Rəfilər, Qovqovlar, Həzəmlər, Muradlar, və .s nəsillər də burada məskunlaşıb. Yerli əhalinin etnogenezi tarixi mənbələrə əsasən, Üçgün kəndinin əhalısı ləzgi dilindəde danışırlar.

Toponimikası Üçgün oyk., sadə. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini Küpçal kəndindən çıxmış ailələr qayanın ətəyində salmışlar. Kənd eyniadlı dağın adım daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 913 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Din Kənddə Üçgün kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az.

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri