Davudoba — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir.

Tarixi Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Yergüc kəndinin sakini Davud adlı şəxsə məxsus qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir"Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.. Həmin vaxt yergüclülərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir.

Toponimikası Davudoba oyk, mür. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Quba qəzasının Yergüc kəndində Davud adlı şəxsə məxsus qışlaq yerində yaranmışdır. Oykonim "Davuda məxsus oba" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Kənd düzənlik ərazidə yerləşir.

Əhalisi Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan yergüclülər və Tatlar təşkil edir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 656 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Yergüc (Quba) Quba rayonu

Xarici keçidlər Problemlər qarşısında aciz qalan yergüclülər... Azadlıq Radiosu. 24.07.2013. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri Kateqoriya:Yergüclülər