Hacıhüseynli (əvvəlki adı: Yelenovka) — Azərbaycan Respublikasının Quba rayonunun Hacıhüseynli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Quba rayonunun Yelenovka kəndi Hacıhüseynli kəndi adlandırılmışdır.

Toponimikası Qusar maili düzənliyindədir. XIX əsrdə Rusiyadan gəlmiş rus ailələri burada məskunlaşdıqdan sonra kəndə Yelenovka adı verilmişdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilmişdir. Hacıhüseynli yaşayış məntəqəsinin əsasını qoymuş nəslin adıdır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1815 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri