Araqarışdıran tammetrajlı bədii filmi rejissor Yefim Abramov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdəki hadisələr əsasən orta məktəblərdən birində cərəyan edir. Filmdə əsas rolları Nizami Musayev, Ayan Mirqasımova, Leyla Dziqraşvili və Hamlet Xanızadə ifa edirlər.
Məzmun Filmin qəhrəmanı Rauf Bayramov (Nizami Musayev) müəllifin yaxından tanıdığı bir nəfərin prototipidir. Bu adam kimdir? O, bizim müasirimizdir. Bəlkə də adi və gündəlik həyatımızda çox az-az qarşılaşdığımız adamlardandır. Böyük fantaziyaya malik olan bu gənc işıqlı amallarla yaşayır. Onun qeyri-adiliyi bundan ibarətdir ki, həyat tərzi bizim öyrəndiyimiz həyat standartları çərçivəsinə sığmır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 134-135
Filmdəki hadisələr əsasən orta məktəblərdən birində cərəyan edir. Qəhrəmanın açıq danışması, qeyri-adi hərəkətləri onu hamıya sevdirir. Tamaşaçı belə qənaətə gəlir ki, hər bir kollektivin belə adamlara ehtiyacı var.
Filmdə eyni zamanda məktəblilərlə müəllimlərin mürəkkəb qarşılıqlı münasibətlərindən, yeniyetmələrin yetkinləşən xarakterindən söhbət açılır.
Filmin üzərində işləyənlər Rejissor: Yefim Abramov Ssenarist: Yefim Abramov Operator: Rafiq Əliyev Rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Cavanşir Quliyev
Rollarda Nizami Musayev — Rauf Bayramov Ayan Mirqasımova — Rəna Leyla Dziqraşvili — İsmayılova Hamlet Xanızadə — Murtuzov Əliqulu Səmədov — Mirzəyev Emin Mirabdullayev — Dəmirov Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Novruzova Alim Aslanov — Valeh Kamran Şahmərdanov — Nuriyev Qəmbər Yusifov — Xanlarov Samir Qasımov — Şıxlarov Nəcibə Behbudova — Sona xala Rafiq Əliyev — Vahid müəllim
İstinadlar
Mənbə Məktəblərimizin problemlərindən bəhs edən film
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1987-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1987-ci ilin filmləri Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri