İmtahan filmi rejissorlar Gülbəniz Əzimzadə və Şahmar Ələkbərov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Hamlet Xanızadə, Səfurə İbrahimova, Rauf Atakişiyev və Fuad Poladov ifa edirlər.

Məzmun Filmin mərkəzində Qiyas müəllimlə (Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın (Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın Ağarəfilərə, Şamxallara, Firuzlara qarşı kəskin mübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır. Film azpersonajlıdır,lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir.

Film haqqında Film yazıçı Anarın XX əsrin 70-ci illərinin axırlarında böyük səhnə müvəffəqiyyəti qazanan və Respublika Dövlət Mükafatına layiq görülən "Şəhərin yay günləri" pyesinin motivləri əsasında çəkilmişdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Anar Quruluşçu rejissor: Gülbəniz Əzimzadə, Şahmar Ələkbərov Quruluşçu operator: Rəşid Nağıyev Quruluşçu rəssam: Şamil Nəcəfzadə Bəstəkar: Azər Dadaşov Səs operatoru: Tatyana Kərimova Rejissor: Rafiq Dadaşov Operator: Tərlan Babayev Geyim rəssamı: Tamilla Dağıstanlı Qrim rəssamı: Namiq Manafov Montaj edən: Lidiya Vyalsova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Eduard Abdullayev Rejissor assistenti: N.Cəlilov, Rafiq Orucov Operator assistenti: Z.Bədəlov Rəssam assistenti: İ.Əliyev Montaj üzrə assistent: A.Budaqova İşıq ustası: A.Orucov İşıqçı: Nataliya Qudovskaya İnzibatçı: Aydın Hüseynov Redaktor: Dinarə Gərəkməzli (Dinarə Kərəkməzli kimi) Ansamblın rəhbəri: Rafiq Babayev Filmin direktoru: Rimma Abdullayeva

Rollarda Hamlet Xanızadə — Qiyas Səfurə İbrahimova — Dilarə Rauf Atakişiyev — Bəhram Fuad Poladov — Şamxal Rafiq Əliyev — Firuz Təvəkkül İsmayılov — Ağarəfi Samir Rzayev — Namiq Gülzar Qurbanova — Qumru Şamil Nəcəfzadə — Rasim Nəzakət Qazıyeva — Ruxsarə Şükufə Yusupova — Tamara Sona Mikayılova — Qumrunun anası Nazim İbrahimov V.Ağayev O.Musayev Məlahət Abbasova — Suğra S.Nikoladze İlyas Hüseynov Ömür Nağıyev — ofisiant Nübar Novruzova — fahişə Nəcibə Hüseynova — qonaq

Sponsor Mərkəzi Televiziya (Moskva)

Seçilmiş sitatlar Qiyas: Hardandır bu pullar? Dilarə: Qardaşımdan borc almışam!

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 309-310.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Gülbəniz Əzimzadənin filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri