alt=Oğuz dağlarına gilas bağından mənzərə|thumb| Oğuz şəhəri. May ayında gilas ağacı thumb|Qısır dağ, Oğuz rayonu Baş Daşağıl kəndi. 2018 alt=Oğuzda istehsal olunmuş qədim qılınc. Üzərində ustanın emblemi həkk olunmuşdur.|thumb|Oğuzda istehsal olunmuş qədim qılınc. Üzərində ustanın emblemi həkk olunmuşdur. Oğuz rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Mərkəzi Oğuz şəhəridir. Şəki xanlığının mahallarından Xaçmaz mahalı və Padar mahalı Oğuz rayonu ərazisində olub. Oğuz rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1963–1965-ci illərdə Nuxa (1968-ci ildən Şəki) rayonunun ərazisi Oğuz rayonunun tərkibində olmuşdur. Rayon mərkəzi Vartaşen (indiki Oğuz şəhəri) 1961-ci ilə qədər kənd olmuşdur. 1961–1968-ci illərdə ona şəhər tipli qəsəbə, 1969-cu ildə rayon tabeliyində şəhər statusu verilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Vartaşen rayonu Oğuz rayonu adlandırılmışdır.

Tarixi Oğuz rayonu Azərbaycanın qədim tarixə malik yaşayış məskənlərindəndir. Burada insanlar hələ neolit dövründə məskunlaşmışlar. Bizim eranın əvvəllərində bu ərazi Qafqaz Albaniyasının, IX–XVI əsrlərdə Şirvanşahlar dövlətinin, XVI–XVIII əsrlərdə Səfəvilər dövlətinin, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Şəki xanlığının tərkibinə daxil olmuşdur. Arxeoloqlar Kərimli və Qarabaldır kəndlərinin yaxınlığında qədim insan məskənləri aşkar etmişlər. Burada nizələr üçün ucluqlar, tunc silahlar, daşdan hazırlanmış qadın heykəlləri və əşyalar tapılmışdır.

Eramızdan əvvəl I əsrdə yaşamış, 17 kitabdan ibarət "Coğrafiya" əsərinin müəllifi, yunan coğrafiyaçısı Strabon Qafqaz Albaniyası haqqında konkret məlumatlar vermiş və göstərmişdir ki, Oğuzun da daxil olduğu indiki Şəki–Zaqatala zonası 20–25 əsr əvvəl abad və əhalisi sıx olan yaşayış yerləri olmuşdur.

Oğuz rayonunun ərazisi Ptolemeyin Albaniya xəritəsindəki ikinci zonaya müvafiq gəlir; qədim yunan astronomu və coğrafiyaşünası adı çəkilən xəritədə 12 yaşayış məntəqəsi yerləşdirmişdir. Yeddi cildlik "Azərbaycan tarixi" əsərinin I cildində qeyd edildiyi kimi, bu yaşayış məntəqələrindən ikisinin–Mamexiya (çox güman ki, Mal(l)exiyadır),

Oğuzdan cənubda yerləşən Maluq yaşayış sahəsinin adına müvafiq gəlir), Baruda — Vartaşen — müasir Oğuz şəhəri) Oğuz rayonu ərazisində yerləşdiyi ehtimal olunur.

Oğuz rayonunun şərq hissəsi Ptolemey xəritəsinin üçüncü zonasına müvafiq gəlir.Məntəqələrin lokallaşdırılması və adların müəyyənləşdirilməsi S. N. Muravyov tərəfindən təklif edilmişdir: Mənbə: Муравьев С. Н. Птолемеевская карта Кавказской Албании и уровень Каспия. ВДИ, 1983, № 1. Tədqiqatçılar burada adları qeyd edilən Xabota (ola bilsin, Oğuz rayonunun indiki Xaçmaz kəndidir), Boziata (ola bilsin, Vardanlı — (indiki Kərimli kəndi) yaşayış məntəqələrinin də Oğuz rayonu ərazisində yerləşməsi barədə də öz mülahizələrini irəli sürmüşlər.Azərbaycan tarixi. Yeddi cilddə. I cild. Bakı.2007

Görkəmli arxeoloq, Oğuz yetirməsi olan Saleh Qazıyevin 1956–1959-cu illərdə rayonun ərazisində apardığı arxeoloji tədqiqatlar nəticəsində əldə edilmiş maddi–mədəniyyət nümunələri təsdiq edir ki, bu ərazidə neolit və eneolit dövrlərindən insanlar toplu şəkildə məskunlaşmışdır. Saleh Qazıyev 1948-ci ildə rayonun Vardanlı (indiki Kərimli) və Qarabaldır kəndlərindən cənubda qazıntı işləri aparmış , qədim yaşayış yeri və qəbiristanlıq aşkarlanmışdır. Böyük alim qədim qəbirlərdən, daş qutu abidələrdən 2500–3000 il bundan əvvələ aid edilən aşağıdakı maddi–mədəniyyət nümunələrini taparaq elm aləminə bildirmişdir: tunc bıçaq, xəncər, nizə ucluğu, əsa başlığı, daş qadın fiquru, gil sacayaq, coxsayli bəzək əşyaları (kəmər, qolbaq, üzük, muncuq və s.) keramika nümunələri və s. Bunlardan bəzilərinin 5 min il tarixi keçmişi var. Rayonun Filfilli və Baş Daşağıl kəndlərinin şimalında yaşı bilinməyən, tədqiq olunmamış qəbirlərdən öz uzunluğu ilə fərqlənən, qədim Oğuz tayfalarının "Kitabi Dədə Qorqud" dastanındakı boylarla səsləşən Oğuz qəbirləri bu gün də qalmaqdadır, VIII əsrin ortalarında Şəki xanlığı 8 mahala bölünürdü ki, bunlardan ikisi– Padar və Xaçmaz mahalları indiki Oğuz rayonunun ərazisini əhatə edirdi. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanovun (1794–1847) "Gülüstani–İrəm" adlı tarixi əsərində Xaçmaz mahalının və rayonun Tərkeş kəndinin adı çəkilir. Ziya Bünyadov "Azərbaycan VII–VIII əsrlərdə" əsərində ərəb müəllifi Bəlazuriyə istinadən Filan şahlığının adını çəkir. Firidun Qədirov isə "Azərbaycanın şimal müdafiə istehkamları" adlı kitabında Ibn əl Fəqihə istinadən yazır ki, Sasanilər xəzərlərin hücumlarından qorunmaq məqsədilə Dərbənd və Dəryal dərəsi arasında 360-a qədər qala tikdirmişlər ki, bunların da əksəriyyəti Filan və Sahib– əs Sərir torpaqlarında yerləşmişdir. F. Qədirov daha sonra V. F. Minorskiyə əsaslanaraq bildirir ki, Filan torpağı Şəkinin şərq tərəfində yerləşirdi. V, F. Minorski Filan torpağından danışarkən etnik əlamətlərə əsaslanan Fil, Filfilli, Fill–Dzax adlarından istifadə etmişdir.

2010-cu ildə Oğuz rayonu ərazisində aparılmış arxeoloji qazıntılar zamanı üzündə qızıldan öküz maskası taxılmış bir skelet də taplmışdır. Maraqlıdır ki, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.

İndiki Oğuz rayonunun ərazisi 1867-ci ildən Yelizavetpol quberniyasının Nuxa qəzasına aid olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 1920-ci ildə Azərbaycan SSR yaradılandan sonra da rayonun ərazisi Nuxa qəzasının tərkibində qalmışdır.

1917-ci ilə aid Nuxa qəzasının Üçüncü sahəsi olan Vartaşen haqqında materiallardan 39 kəndin 5 kənd şurasındaАдминистративно-территориальное деление Союза ССР. Районы и города СССР. М.: Власть Советов при президиуме ВЦИК, 1931 1921-ci ilə aid materiallarından 52 kəndin 4 kənd şurasında (1921-ci ilin payızından kənd sovetlərində) birləşdiyi məlum olur.Азербайджанская Сельскохозяйственная перепись 1921 года, с.22–23, 32–33, 42–43. 1926-cı il yanvarın 1-nə olan məlumatlarda Nuxa qəzasının Vartaşen sahəsində 9 kənd şurasının kənd sovetinin) olduğu göstərilir. Təəssüf ki, kəndlərin, təsərrüfatların və əhalinin sayı göstərilmir.Территориальное и административное деление Союза ССР на 1 января 1926 года. Народный Комиссариат Внутренних Дел. Статистический отдел. М.: Главное Управление Коммунального Хозяйства НКВ, 1926 год.

Bu ərazinin bir sıra kəndləri Sovet hakimiyyəti qurulmamışdan əvvələ aid materiallarda göstərilsə də, sonrakı illərdə həmin kəndlərdə ya yaşayış olmamışdır, ya da başqa kəndlərlə birləşmişlər. Məsələn, Calut kənd şurasına daxil olan Küllük (1908-ci il üçün 70 nəfər), Covlan (1908-ci il üçün 51 nəfər) kəndlərinin adlarına sonrakı illərdə rast gəlinmir. 1921-ci il Azərbaycanın kənd təsərrüfatı siyahıyaalma materiallarında bu kəndlərdən 9-nun dağıdıldığı, 3 kəndin sakinlərinin isə Ərəş qəzasına köçdükləri göstərilir. Həmin dövrdə baş verən hadisələri təhlil etdikdə belə nəticəyə gəlmək olur ki, bu kəndlərin boşalmasına 1918–1920-ci illərdəki siyasi proseslər, hərbi əməliyyatlar səbəb olmuşdur. Bu proseslər nəticəsində bir kənd şurasının, demək olar ki, bütün kəndləri dağıdılmışdır. Əhali həmin kəndlərin bəzilərində tədricən yenidən məskunlaşmışdır. Dağıdıldıqları göstərilən Zərrab və Yaqublu kəndlərində əhali daha tez məskunlaşır. 1933-cü ilə aid mənbədə bu kəndlərin adları var. Yenikənd və Top kəndlərinin adları isə 1961-ci il sənədlərində göstərilir. Axpilakənd, Salabəyli, Cucamış, Məclis və Qozlu kəndlərinin adlarına isə sonrakı sənədlərdə rast gəlmirik.Bakı Universitetinin xəbərləri, № 3, Humanitar elmlər seriyası, 2013

1930-cu il 8 avqust tarixli qərarla Azərbaycan SSR-in rayonlaşdırılması ilə əlaqədar inzibati vahid kimi ayrıca Vartaşen rayonu təşkil olunur. Vartaşen rayonunun ərazisinə Nuxa qəzasının tərkibindəki Vartaşen yaşayış sahəsinin doqquz kənd soveti daxil edilir.

Rayonlaşmadan əvvələ və sonraya aid məlumatları müqayisə etdikdə məlum olur ki, rayon təşkil edilərkən Nuxanın Küngüt kənd sovetinə daxil olan Yuxarı Bucaq, Aşağı Bucaq, Muxas, Baş Daşağıl kəndləri və Ərəz qəzasına aid bir neçə kənd Vartaşen rayonunun ərazisinə verilir. Və ya digər bir fakt: 1933-cü ildə Oğuz rayonuna aid olan bəzi kəndlər 1966, 1977 və 1999-cu il materiallarında göstərilmir.

Xüsusilə, kənd sovetlərinin dəyişikliyinə əsasən Muxas və Bucaq kəndləri yerləşdikləri təbii–coğrafi mövqeyinə görə həmişə eyni kənd şurasının (kənd sovetinin) tərkibində olmuşdur. 1961-ci ilə aid məlumatda isə Qozlubucaq və Baş Daşağıl kəndləri Muxas kənd sovetinə daxil edilmişdir. Qozlubucaq kəndinin adına sonrakı illərə aid inzibati bölgüdə rast gəlinmir. Padar kənd şurasına daxil olan 14 kəndin 1933-cü il məlumatlarında Sincan və Padar, 1961-ci ilə aid sənədlərdə isə Sincan, Padar və Vardanlı kənd sovetlərində birləşdirildiyi göstərilir. Bundan sonra isə Yaqublu, Yenikənd, Top və Zərrab kəndləri Vardanlı kənd şurasından (kənd sovetindən) ayrılaraq ayrıca Yaqublu kənd sovetində (1999-cu il üçün ərazi vahidində) birləşdiriliblər.

Rayon 1952-ci il 3 aprel – 1953-cü il 23 aprel tarixlərində mövcud olmuş Gəncə vilayətinin tərkibində olmuşdur (SSRİ Ali Sovetinin 1953-cü il 23 aprel tarixli qərarı ilə vilayət ləğv edilmişdir). Kənd təsərrüfatının idarə edilməsi və xalq təsərrüfatı şuralarının yaradılması ilə əlaqədar bütün SSRİ ərazisində inzibati ərazi islahatlar 1962–1964-cü illərdə də davam etdirilir. Nəticədə sahəsi böyük olan rayonların əsasında sənaye və kənd təsərrüfatı rayonları yaradılırdı. 1963-cü il yanvarın 4-də Azərbaycan SSR-də də 50 rayon və respublika tabeli 6 şəhərin ərazisində 31 rayon və 7 şəhər yaradılır. Bu qərara uyğun olaraq, respublika tabeliyində Nuxa şəhəri (1968-ci ildən Şəki) yaradılır və rayonun kəndləri Vartaşen rayonunun tərkibinə verilir. Bu islahat səmərəsizliyinə görə 1965-ci il yanvarın 6-da ləğv edilir. Bu səbəbdən də, Vartaşen rayonuna verilmiş kəndlər Nuxa şəhərinə tabe edilir. 1961-ci ilə qədər Vartaşen rayonunun mərkəzi Vartaşen kəndi olub. Kəndə 1961-ci il sentyabrın 9-da rayon tipli qəsəbə statusu, 1969-cu il martın 15-də isə şəhər statusu verilib.

1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin qərarına əsasən, Vartaşen rayonunun adı dəyişdirilərək Oğuz adlandırılır.

Tarixi abidələri Rayonda 39 arxeoloji və memarlıq abidəsi mövcuddur. Bu abidələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş, Oğuz rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrindən 32-si siyahıya alınmışdır. Həmin abidələrdən 17-si ölkə əhəmiyyətli (15-i arxeoloji, memarlıq abidəsi) 15-i yerli əhəmiyyətli (13-ü memarlıq, 2-si arxeolojji abidə) abidələrdir. Rayondakı memarlıq abidələrindən alban məbədlərinin, Muxas qülləsinin (XIV əsr), Surxayxan qalasının qalıqları (XVIII əsr) bu günə kimi qalmışdır. Xaçmaz kəndi yaxınlığındakı Sarısu çayının üstündəki Daşüz körpüsü (XIX əsr), Sincan kəndindəki məscid (XVIII əsr), Kərimli kəndindəki məqbərə (XV əsr), Oğuz şəhəri ərazisində qədim sınaqoqlu (1849-cu il), hazırda yerli tarix–diyarşünaslıq muzeyinin yerləşdiyi alban məbədi rayonun qədim tarixi abidələrindəndir.

Oğuz rayonu ərazisində ilk arxeolji qazıntı işləri 1915-ci ildə aparılmışdır. 1945-ci ildə arxeoloji ekspedisiya qrupu geniş arxeoloji qazıntı işlərini davam etdirərək Kərimli kəndinin cənubunda Karqaya, Uzuntala, Qız qalası, Ocaq qoruğu adlanan ərazilərdən qədim dövrə aid çoxlu maddi–mədəniyyət nümunələri aşkar edilmişdir. Qarabaldır, Padar, Dəymədərə, Tərkeş kəndləri ərazisində aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, Türyançay ilə Əlician çayları arasındakı ərazidə qədim dövrlərə aid çoxlu arxeoloji abidələr mövcuddur. XX əsrin 50-ci illərində respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılmış tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlə aşkar edilmişdi.

Alban məbədləri