Xırdapay — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Xırdapay kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Xırdapay oyk, sadə. Şirvan düzündədir. XIX əsrin ortalarında Muğan düzünün şm.-ında yaşayan Şahsevənlərin tərkibində xəlfəli, muğanlı tayfaları ilə yanaşı xırdapay adlanan tayfanın da adı çəkilir. Kəndin həmin tayfaya məxsus ailələr tərəfindən salındığı ehtimal edilir. Etnonim xırda (kiçik) və pay (hissə) komponentlərinin birləşməsi kimi "kiçik hissə" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 5734 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmışları Şahin Ömərov

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Kürdəmir rayonunun kəndləri