Qarasaqqal — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qarasaqqal kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1993-cü ildə yaradılmışdır.

Toponimikası Qədim adı Qarasaqqallı idi. Nazir çayının (Girdimançayın qolu) sağ sahilində, Şirvan düzündə yerləşir. Kəndin adı onu bina edən qarasaqqal nəslinin adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1761 nəfər əhali yaşayır. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti

Kateqoriya:Kürdəmir rayonunun kəndləri