Köhünlü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Köhünlü kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Etimologiyası Köhünlü oyk. Keçmiş adı Gilyan Köhünlü olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Fətixan adlı şəxsə mənsub ailələrin məskunlaşması nəticəsində yarandığı üçün Fətixanlı da adlanırdı. Köhünlü mənşəcə şahsevənlərin novruzəlilər tayfasının iki qolundan (köhünlü və pirheybətli) birinin adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1140 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Kürdəmir rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Kürdəmir Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Kürdəmir rayonunun kəndləri