Nərimanov — Azərbaycan Respublikasının Saatlı rayonunun Nərimanov kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Əhalisinin sayı 1360 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimikası Araz çayının sahilində, Mil düzündədir. Yerli əhali arasında Nərimankənd formasında da işlənir. Keçmiş adı Abbasbəyli olmuşdur. Yaşayış məntəqəsini sahibkar Abbas bəyə məxsus kəndlilər saldığına görə kəndə həmin sahibkarın adı verilmişdir. Sonralar kənd N. Nərimanovun şərəfinə adlandırılmışdır. Memorial toponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007.
İstinadlar
Kateqoriya:Saatlı rayonunun kəndləri Kateqoriya:Şəxslərin şərəfinə adlandırılmış yaşayış məntəqələri