Potubəyli — Azərbaycan Respublikasının Saatlı rayonunun Əlisoltanlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Saatlı rayonunun Əlisoltanlı kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Potubəyli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Əhalisi Əhalisinin sayı 1024 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimikası Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin birinci yarısında indiki Mollavazlı kəndindən köçüb gəlmiş Potubəyə məxsus ailələrin məskunlaşması nəticəsində yaran­mış və onların adı ilə (Potubəyli) adlandı­rılmışdır.

Coğrafiyası və iqlimi Kənd Muğan düzündə yerləşir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri