Orta Muğan (əvvəlki adı: Qarayevkənd) — Azərbaycan Respublikasının Saatlı rayonunun Orta Muğan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Saatlı rayonunun Qarayevkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Qarayevkənd kəndi Orta Muğan kəndi adlandırılmış, Qarayevkənd kənd inzibati ərazi dairəsi Orta Muğan kənd inzibati ərazi dairəsi hesab edilmişdir.

Əhalisi Əhalisinin sayı 2775 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Toponimikası Kənd Muğan düzündədir. 1930-cu illərdə salınmış kənd sovet dövlət xadimi Əliheydər Qarayevin (1896–1938) adı ilə adlandırılmış­dır. Memorial toponimdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007

Din Kənddə Qarayevkənd kənd məscidiMÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az və "Mirismayıl ağa" məscidiMÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az dini icmaları fəaliyyət göstərir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Saatlı rayonunun kəndləri