Çay Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çay Rəsullu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası Axınca çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 19-cu əsrin birinci yarısında Abşerondan və Şamaxı şəhərindən gələn köçkünlər yaratmışlar. İlk əsası Alı adlı bir qoca və onun beş oğlu tərəfindən qoyulan Cay Rəsullu və Bəydəmirli kəndləri sonralar ətraf kəndlərin məskunlaşmasında böyük rol oynamışlar. Oykonim çay və Rəsullu (etnotoponim) komponentlərindən düzəlib, "çay kənarındakı Rəsullu kəndi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Mərhum İsmayılov Fərhad — Görkəmli ziyalı. Mərhum Paşayev Ziyad Qəhrəman — Görkəmli ziyalı. Mərhum Qəhrəmanov İlyas — Müxtəlif yüksək vəzifələrdə işləmiş ziyalı. Şair Cəfər. Habil Şınıxlı — Görkəmli musiqiçi, bəstəkar. Quliyev Cahangir — Ustad aşıq. Quliyev Qəzənfər. Nazim Bəydəmirli — Azərbaycan Respublikası Milli Məclisinin III çağırışÜçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az deputatı. İqtisad elmləri namizədi. Sənan Quliyev — Ustad aşıq. Xaliq Azadi Məmmədov.

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri