Sonalar — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Hacılar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Dağətəyi ərazidədir. Yerli məlumata görə, Tovuz r-nundakı Bozalqanlı kəndindən gəlmiş Süleyman və onun arvadı Sona salmışdır. Kəndin adı ərinin ölümündən sonra el arasında nüfuzlu xalq təbibi kimi tanınan Sonanın adı ilə bağlıdır. Oykonim “sonagillər” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 305 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri