Totuqlu və ya Topuqlu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Dağətəyi ərazidədir. Totuqlu variantında da qeydə alınmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsi 1910-cu illərdə Totux adlı bir nəfərin saldığı binə yerində yarandığı üçün belə adlanmışdır. Topuq toponimiyada daban termininin sinonimi olub, kəndin dağ ətəyində, aşağıda yerləşdiyini bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 221 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Gədəbəy rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri