İsgəndər Paşa məscidi () — Osmanlı memarlığının XVI əsr abidəsi. Trabzon şəhərində yerləşir.

Tarixi Həyətindəki mədrəsələr artıq mövcud deyil, qərbdəki köhnə qəbiristanlıq isə ləğv edilmiş, yalnız İsgəndər Paşanın qəbri qalmışdır. Müxtəlif vaxtlarda edilən bir sıra əlavələr bərpa işləri ilə birlikdə məscidin orijinal görkəmini məhv etmişdir, baxmayaraq ki, onun daş işçiliyi ən yüksək keyfiyyətə malikdir. Minarə kərpic və rəngli daşın növbələşən sıralarından ibarətdir. Məscidin əsas planı İznikdəki Yaşıl məscidin planına bənzəyir.

Qapının üzərindəki kitabə məscidin 1559-cu ildə tikildiyini bildirir, digər bir kitabə isə məscidə indiki formasını verən bərpa işlərinin 1882-ci ildə həyata keçirildiyi barədə məlumat verir.Mosques of Trabzon (tr)

250px|thumb|left|İsgəndər Paşa məscidi

İstinadlar

Xarici keçidlər

Trabzon Valiliği -İskenderpaşa Camii İSKENDERPAŞA CAMİİ - Genel Tanım

Kateqoriya:Trabzon Kateqoriya:Türkiyə məscidləri Kateqoriya:Osmanlı dövrünün abidələri Kateqoriya:İslam