Adalbert Ferdinand Berenqar Viktor (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, Hohensollern şahzadəsi.

14 iyul 1884-cü ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası şahzadə Vilhelm Prussiya kralı və Alman imperatoru I Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrixin oğlu, anası Avqusta Viktoriya isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı idi. Doğulduğu əsnada atasının babası hələ taxtda idi və babası, atası və böyük qardaşlarından sonra taxt sıralamasında beşinci yerdə idi.

5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. Həm ulu babası I Vilhelmin, həm də babası III Fridrixin vəfat etdiyi 1888-ci ildə atası II Vilhelm adıyla taxta çıxdı. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı. 1894-cü ildə donanmada xidmətə başladı və bu illər ərzində donanmayla birlikdə Braziliya, Pekin, Afinaya səyahət etdi.

3 avqust 1914-cü ildə Vilhelmshafendə Saksen-Mayninqen hersoqu II Georqun nəvəsi şahzadə Adelaydla evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Viktoriya Marina (4 sentyabr 1915), bir neçə saat sonra vəfat etdi. Viktoriya Marina (1917-1981) Vilhelm Viktor (1919-1989)

Birinci Dünya müharibəsinin başlamasının ardından cəbhəyə yollandı və dəniz döyüşlərində iştirak etdi. Müharibənin ardından donanmadakı fəaliyyətini dayandırdı. Siyasətdən uzaq qaldı və ailəsiylə sıx əlaqədə yaşadı. Səhhəti zəif idi və bu səbəblə, ilin çox hissəsini İsveçrədəki sanatoriyalarda yaşadı. 1928-ci ildə ailəsiylə birgə İsveçrəyə köçdü və 1948-ci ildə burada vəfat etdi.

Mənbə

Ədəbiyyat

John C. G. Röhl: Wilhelm II. Band 3: Der Weg in den Abgrund, 1900–1941. München 2008, ISBN 978-3-406-57779-6

İstinadlar

Kateqoriya:II Vilhelm Kateqoriya:Prussiya şahzadələri