Fasih ərəb dili (), Füsha () və ya Müasir standart ərəb dili () — rəsmi, siyasi, dini, fəlsəfi və kütləvi informasiya vasitələrindəki ərəb dilli mətnlərin yazıldığı, ancaq xalq arasında gündəlik danışıqda işlədilməyən və heç vaxt danışıq dili olmamış dil forması. Ərəb xalqlarının hər birinin özünəməxsus danışıq dialektləri (ammiyyə) mövcuddur. Quran da daxil olmaqla bütün klassik ərəb mətnlərində məhz bu dildən istifadə edilmişdir. Eyni zamanda Füsha ərəb ölkələrində rəsmi dil kimi qəbul olunur və universitetlərdə tədris edilir. Buna görə də təhsilli ərəblər bir-birlərinin yerli dialektlərini başa düşməsələr belə, Fasih ərəb dilində danışaraq qarşılıqlı ünsiyyət yarada bilirlər.
Fasih ərəb dili qədim dövrlərdən bəri akkad, ivrit, yunan, fars, amhar, kopt, səbə, səfa və latın kimi dillərlə qarşılıqlı söz mübadiləsində olmuşdur. Quranın leksik tərkibi də səkkiz müxtəlif dilin ünsürlərinə əsaslanır. Məsələn, qələm sözü yunanca kalamos, qılınc mənasını verən seyf sözü yenə yunanca xiphos sözlərindən törəmişdir. Türk dilində də eyni mənalarda işlənən tac və din sözlərinin mənşəyi isə pəhləvi dilinə gedib çıxır. XIII əsrdə baş verən monqol hücumlarından sonra XIX əsrə qədər ərəblər siyasi hakimiyyət sahibi olan müstəqil millət ola bilməmiş və mədəni durğunluq dövrü yaşamışdırlar. Bu dövrdə Abbasi dövrü ilə müqayisədə çox az kitab yazılmış, fəlsəfi və texniki sahələrdə demək olar ki, heç bir irəliləyiş baş verməmişdir. Hərçənd bu vəziyyət Fasih ərəb dilini demək olar ki, ölü dil halına gətirmişdisə də, Fransız İnqilabından sonra meydana çıxan milliyyətçilik hərəkatı sayəsində dil yenidən dirçəlməyə başlamışdır.
Tarixi inkişafı və milli oyanış
Fasih ərəb dilinin intibahına səbəb olan ərəb milliyyətçiliyi təbii olaraq Osmanlı əleyhdarı bir hərəkat kimi meydana çıxmış və Qanuni-Əsasidə dövlətin rəsmi dilinin türk dili elan edilməsini mənfi qarşılamışdır. Hərçənd təcrübədə tam olaraq belə olmasa da, imperiyanın bütün məhkəmələrində və məktəblərində qanunla türk dilində danışılmalı olduğu elan edildiyindən və Suriya məhkəmələrinə ərəb dilini bilməyən məmurlar təyin olunduğundan, ərəb milliyyətçiləri bu bəhanələrlə ərəb xalqını türklərə qarşı qızışdırmışdırlar. 1913-cü ildə ərəb dilini bilməyən vəzifəli şəxslərin geri çağırılması ilə birlikdə ərəb dili əhalinin əksəriyyətini ərəblərin təşkil etdiyi vilayətlərdə yerli rəsmi dil statusu qazanmışdır.
thumb|Latın əlifbasında yalnız M və m hərfləri olduğu halda, ərəb əlifbasında eyni səsə qarşılıq gələn hərf dörd müxtəlif formaya malikdir.
Mətbəx və tipoqrafiya çətinlikləri
Monqol dağıntısından sonra Fasih ərəb dilinin durğunlaşmasının əsas səbəblərindən biri də onun çap texnologiyalarına müvafiq gəlməməsi idi. İtaliyada yaranmış ən qədim mətbəx texnologiyası tipoqrafik peçat adlanır və hər bir hərfin çoxsaylı metal qəliblərinin mövcud olmasını tələb edirdi. Latın hərfləri söz mövzusu olduqda hər hərfin böyük və kiçik olmaqla cəmi iki forması var idi və bunlar söz içində şəkil dəyişdirmirdi. Ərəb əlifbasındakı hərflər isə tək qalma formasından əlavə, sözün əvvəlində, ortasında və sonunda fərqli formalara girə bilirdi. Üstəlik, ərəb əlifbası saitləri ehtiva etmədiyi üçün səsləri göstərmək məqsədilə yaradılan və hərəkə adlandırılan işarələrin tipoqrafik üsulla göstərilməsi böyük çətinlik yaradırdı. Buna görə tipoqrafiya dövründə ərəb əlifbasından istifadə edən xalqlar mətbəədən demək olar ki, istifadə edə bilməmişdilər.
Digər tərəfdən, 1798 ildə icad edilmiş litoqrafiya üsulu hər hərf ilə ayrı-ayrılıqda əllə məşğul olmaq problemini aradan qaldırmışdı. Lakin litoqrafiya xəttatın yazdığı mətnin təkrarən surətinin çıxarılmasına əsaslandığı üçün standart şriftlərin istifadəsinə imkan vermirdi. XIX əsrdə icad edilən ərəb hərfli daktilolar standart şriftlə sənəd istehsalını mümkün etsə də, qəzet və kitab nəşri fəaliyyətləri üçün onların tətbiqi qeyri-mümkün idi. Buna görə də standart şriftlərin istifadə oluna bildiyi ilk ərəb hərfli nəşrlər üçün XX əsrin gəlişini gözləmək lazım gəlmişdir. XXI əsrin əvvəllərində belə rəqəmsal dünyadakı ərəb şriftləri sadə və yetərsiz idi.
Tomas Milo və onun yaradıcısı olduğu Decotype şirkətinin rəhbərliyi ilə, xüsusilə Bulaq mətbəəsinin irsi əsas götürülərək hazırlanmış şriftlər sayəsində standart ərəb əlifbası qrafikası virtual dünyada geniş yer tapmışdır.
Tarixi kökləri və poetik mövqeyi
İslamdan dərhal əvvəlki dövrdə biri Şərqi Romaya, digəri isə Sasani imperiyasına tabe olan Qassanilər və Ləxmilər dövlətlərinin kralları poeziya yarışmalarını himayə edərək Fasih ərəb dilinin ümumi qəbul olunmuş normalarının formalaşmasını təmin etmişdirlər. Bu dövrdə Fasih ərəb dili şeir və öngəgörücülük dili kimi böyük nüfuz qazanmış, əslində güc və hakimiyyət vasitəsinə çevrilmişdi. Gündəlik ünsiyyətdə yerli dialektlərdən istifadə edən ərəblər, Fasih ərəb dili ilə ifadə olunan şeir və kəlamlarn məhz bu dildə səslənməsinə görə buradakı fikirləri mütləq həqiqət kimi qəbul edir, dili mükəmməl bilənlərin isə cinlər və ilahlarla əlaqədə olduğuna inanırdılar. Düşmən qruplar arasındakı döyüşlərdə qaliblər məğlub tərəfin şairlərinin dillərini kəsirdilər. Ərəb mədəniyyətində söz həmişə qılıncdan daha təhlükəli hesab olunmuşdur. Bir insanı fiziki olaraq öldürmək əvəzinə onu güclü şəkildə tənqid edib həcv etmək həmin şəxsin nəsillər boyu gülüş hədəfi olmasına yol açdığından, bu yanaşma heç də əsassız deyildi.
Müasir dövrdə tətbiqi və lüğət ehtiyatı
Müasir standart ərəb dili qrammatika qaydaları baxımından Fasih ərəb dilindən fərqlənməsə də, elmi-texniki tərəqqiyə müvafiq olaraq lüğət tərkibinə yeni anlayışlar əlavə edilmişdir. Məsələn, telefon mənasını verən hâtif (), qatar mənasını verən qıtâr () və təyyarə mənasını verən tâira ) sözləri buna misaldır.
Müasir dövrdə xüsusilə sosial şəbəkələr və yerli televiziya kanallarının çoxalması yerli dialektlərin istifadəsini xeyli artırmışdır. Dövlət xadimləri də öz vətəndaşlarına müraciət edərkən yerli dialektlərə üstünlük verirlər, lakin bütün ərəb dünyasına xitab etmək istədikdə yenə də Fasih ərəb dilindən istifadə edirlər.
İstinadlar
Ədəbiyyat siyahısı
Holes, Clive (2004). Modern Arabic: Structures, Functions, and Varieties. Georgetown University Press.
Xarici keçidlər
Modern Standard Arabic Online Classical Arabic Reader Learn Arabic WikiBook Yamli Editor - The Smart Arabic Keyboard (with automatic conversions and dictionary for better selections) Rule-based analysis and generation of Modern Standard Arabic
Kateqoriya:Diqlossiya Kateqoriya:Rəsmi dillər Kateqoriya:Şərqşünaslıq Kateqoriya:Ərəb dili Kateqoriya:Ərəb dilinin dialektləri