thumb|upright|190px|Emin Mahmudov Azərbaycan millisində 65 oyunda 16 qol vurub.
Emin Mahmudov yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusudur. O, hazırda Bakının "Neftçi" klubunun kapitanıdır.
Mahmudov karyerasının əvvəlində Rusiyanın aşağı yaş qrupları üzrə milli komandalarında, o cümlədən Rusiya U-21 yığmasında çıxış etmiş, 2013-cü il Birlik Kubokunda bu komandanın heyətində 2 qol vurmuşdur.
2016-cı ildən etibarən Azərbaycan milli futbol komandasının şərəfini qoruyan Mahmudov milli komandanın heyətində keçirdiyi 65 oyunda 16 dəfə rəqib qapısına yol tapmışdır. O, Azərbaycan millisində vurduğu qolların sayına görə tarixi rekorda imza ataraq millinin tarixində ən məhsuldar futbolçu adını qazanmış və sabiq hücumçu Qurban Qurbanovun 21 illik rekordunu yeniləmişdir.
Rusiya U-21 millisində thumb|Emin Mahmudov "Spartak Moskva"nın heyətində. 2015-ci il.
Emin Mahmudov Azərbaycan millisində çıxış etməzdən əvvəl Rusiya U-21 yığmasının heyətində də qollar vurmuşdur. O, 2013-cü ildə keçirilən Birlik Kubokunda Rusiya gənclər komandasının heyətində 2 dəfə rəqib qapısına yol tapıb.
Yanvarın 18-də qrup mərhələsində Özbəkistan U-21 ilə qarşılaşmada (2:2) Mahmudov matçın sonuna yaxın vurduğu qolla hesabı bərabərləşdirib (2:2). Yanvarın 27-də baş tutan turnirin final matçında isə Ukrayna U-21 yığması ilə qarşılaşmada (4:2) komandasının 4-cü qoluna imza ataraq qələbəni təmin edib.
Rusiya komandasının qolları ilk sırada göstərilmişdir. + # Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst 1 18.01.2013 Sankt-Peterburq, Rusiya Özbəkistan (21 yaşlılar) 2–2 2–2 Birlik Kuboku 2 27.01.2013 Sankt-Peterburq, Rusiya Ukrayna (21 yaşlılar) 4–2 4–2 Birlik Kuboku
Azərbaycan millisində Mahmudovun Azərbaycan millisində ilk qolu 2018-ci ilə təsadüf edir. İyunun 9-da Riqada yerləşən Dauqava stadionunda keçirilən yoldaşlıq oyununda Azərbaycan Latviya ilə qarşılaşırdı. Matça start heyətdə başlayan Mahmudov görüşün 63-cü dəqiqəsində komandasının 3-cü qoluna imza ataraq hesabı 3:0 edir. Qarşılaşma 3:1 hesabı ilə Azərbaycanın qələbəsi ilə başa çatır. Bu oyun Mahmudov üçün millidə qol hesabını açması ilə əlamətdar olur.
Mahmudov millidə növbəti qolunu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə keçirilən matçda vurur. 2021-ci il martın 30-da Bakı Olimpiya Stadionunda keçirilən görüşdə (1:2) Mahmudov 59-cu dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirib.
Həmin ilin mayında isə Mahmudov millidə 3-cü qolunu vurur. Bu, Türkiyə ilə yoldaşlıq oyununda (1:2) gerçəkləşir. Mahmudov 28-ci dəqiqədə matçda hesabı açan qolun müəllifi olur.
Mahmudov DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq (1:2) və İrlandiya (1:1) ilə keçirilən oyunlarda da rəqib qapılarına yol tapmağı bacarmışdır. Oktyabrın 12-də isə Belqradda Serbiya ilə cavab matçında (1:3) birinci hissənin sonlarında növbəti qolunu vurur.
2021-ci il noyabrın 14-də Bakı Olimpiya Stadionunda Qətərlə keçirilən yoldaşlıq görüşündə (2:2) Mahmudov 37-ci və 67-ci (penalti) dəqiqələrdə qol vuraraq dubl müəllifi olur.
2022-ci il noyabrın 16-da Kişinyovda Moldova ilə yoldaşlıq matçında (2:1) Mahmudov 28-ci dəqiqədə ilk qolu vuraraq komandasını irəli çıxarır.
Avro-2024-ün seçmə mərhələsi çərçivəsində 2023-cü il martın 24-də Lintsdə Avstriya ilə matçda (1:4) Mahmudov 64-cü dəqiqəsində komandasının təsəlli qolunu vurur. Sentyabrın 12-də "Dalğa Arena" İordaniya ilə yoldaşlıq görüşündə (2:1) isə 45-ci dəqiqədə penaltidən fərqlənərək hesabı açır.
Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda İsveçlə keçirilən matçda (3:0) Mahmudov dubl edərək matçın qəhrəmanına çevrilir. O, 3-cü dəqiqədə erkən qol vuraraq hesabı açır, 89-cu dəqiqədə isə görüşə nöqtə qoyur.
2024-cü il iyunun 11-də Macarıstanda Qazaxıstanla yoldaşlıq oyununda (3:2) Mahmudov 51-ci dəqiqədə hesabı bərabərləşdirən qolu vurur və komandanın geridönüş etməsində rol oynayır.
DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 2025-ci il sentyabrın 9-da Bakıda Ukrayna ilə matçda (1:1) Mahmudov 72-ci dəqiqədə penaltidən fərqlənərək hesabı bərabərləşdirir və Azərbaycan millisinin qrupda ilk xalını qazanmasına nail olur.
Millinin kapitanı olan Emin Mahmudov Ukrayna yığması ilə keçirilən DÇ-2026-nın seçmə mərhələ oyununda qol vuraraq tarixi rekorda imza atır. Yarımmüdafiəçi millinin heyətində qollarının sayını 15-ə çatdırmaqla ən məhsuldar futbolçuya çevrilir. O, sabiq hücumçu Qurban Qurbanova məxsus 21 illik rekordu yeniləyir. "Qarabağ"ın baş məşqçisi 1992–2005-ci illər ərzində millinin heyətində keçirdiyi 68 oyunda 14 dəfə fərqlənib. Qurbanov sonuncu qolunu 2004-cü ildə Latviya ilə yoldaşlıq görüşündə (2:2) vurmuşdu.
2026-cı il martın 27-də Sumqayıt şəhər stadionunda Sent-Lüsiya ilə keçirilən FİFA Series oyununda (6:1) Mahmudov matçda ilk qolu vurur. Bu görüş Azərbaycan millisinin tarixində ən böyükhesablı qələbə olur.
Azərbaycan millisində qolların siyahısı Azərbaycan komandasının qolları ilk sırada göstərilmişdir. + # Tarix Məkan Rəqib Hesab Nəticə Yarış İst 1 09.06.2018 Dauqava stadionu, Riqa, Latviya Latviya 3–0 3–1 Yoldaşlıq oyunu 2 30.03.2021 Bakı Olimpiya Stadionu, Bakı, Azərbaycan Serbiya 1–1 1–2 DÇ-2022-nin seçmə mərhələsi 3 27.05.2021 Bahçeşehir Okulları stadionu, Alaniya, Türkiyə Türkiyə 1–0 1–2 Yoldaşlıq oyunu 4 01.09.2021 Lüksemburq stadionu, Lüksemburq, Lüksemburq Lüksemburq 1–2 1–2 DÇ-2022-nin seçmə mərhələsi 5 04.09.2021 Aviva stadionu, Dublin, İrlandiya İrlandiya 1–0 1–1 DÇ-2022-nin seçmə mərhələsi 6 12.10.2021 Rayko Mitiç stadionu, Belqrad, Serbiya Serbiya 1–1 1–3 DÇ-2022-nin seçmə mərhələsi 7 14.11.2021 Bakı Olimpiya Stadionu, Bakı, Azərbaycan Qətər 1–1 2–2 Yoldaşlıq oyunu 8 14.11.2021 Bakı Olimpiya Stadionu, Bakı, Azərbaycan Qətər 2–1 2–2 Yoldaşlıq oyunu 9 16.11.2022 Zimbru stadionu, Kişinyov, Moldova Moldova 1–0 2–1 Yoldaşlıq oyunu 10 24.03.2023 Rayffayzen Arena, Lints, Avstriya Avstriya 1–2 1–4 Avro-2024-ün seçmə mərhələsi 11 12.09.2023 Dalğa Arena, Bakı, Azərbaycan İordaniya 1–0 2–1 Yoldaşlıq oyunu 12 16.11.2023 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan İsveç 1–0 3–0 Avro-2024-ün seçmə mərhələsi 13 16.11.2023 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan İsveç 3–0 3–0 Avro-2024-ün seçmə mərhələsi 14 11.06.2024 Haladaş İdman Kompleksi, Sombatxey, Macarıstan Qazaxıstan 2–2 3–2 Yoldaşlıq oyunu 15 09.09.2025 Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan Ukrayna 1–1 1–1 DÇ-2026-nın seçmə mərhələsi 16 27.03.2026 Sumqayıt şəhər stadionu, Sumqayıt, Azərbaycan Sent-Lüsiya 1–0 6–1 FİFA Seriyası
Statistika
+İllər üzrə vurduğu qollar İl Qol20162020170020187120195020211272022101202394202471202581202651Cəmi6516
+Yarış üzrə keçirdiyi oyunlar və vurduğu qollar Yarış Oyun Qol Yoldaşlıq oyunu 22 7 DÇ-nin seçmə mərhələ oyunu 19 5 AÇ-nin seçmə mərhələ oyunu 12 3 Digər turnirlər (FİFA Seriyası və s.) 12 1Cəmi6516
+ Rəqib üzrə vurduğu qollar Rəqib Qol Serbiya 2 Qətər 2 İsveç 2 Latviya 1 Türkiyə 1 Lüksemburq 1 İrlandiya 1 Moldova 1 Avstriya 1 İordaniya 1 Qazaxıstan 1 Ukrayna 1 Sent-Lüsiya 1Cəmi16
İstinadlar
Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Futbolçularına görə milli komandada qolların siyahısı