Aleksandra Viktoriya Alberta Edvina Luiza Duff (; ) — Britaniya kralı VII Eduardın nəvəsi, Fayf hersoginyası.
Həyatı 17 may 1891-ci ildə Londonda dünyaya gəldi. Atası şotland əsilli zadəgan Aleksandr Duff, anası isə vəliəhd-şahzadə Albert Eduardın qızı şahzadə Luizadır. Üstəlik atası da Britaniya kralı IV Vilhelmin məşuqəsindən doğulan nəvəsi idi. Doğulduğu əsnada anasının nənəsi Kraliça Viktoriya hələ də taxtda idi.
29 iyunda vəftiz edildi və ulu nənəsi Kraliça Viktoriya ilə anasının valideynləri vəliəhd-şahzadə Albert Eduard və Danimarkalı Aleksandra onun vəftiz valideynləri oldu. Anasının nəzarəti altında kiçik bacısı Maud Aleksandra ilə birgə mükəmməl saray təlim-tərbiyəsi aldı. Valideynlərinin oğul varisi olmadığı üçün ulu nənəsi Kraliça Viktoriya 24 aprel 1900-cü ildə verdiyi xüsusi fərmanla hersoqun vəfatı halında ünvanın qız övladlarına, onlardan sonra isə onların oğul varislərinə keçməsini təsdiqlədi. Beləcə, atasının birinci varisi oldu.
Britaniya monarxının qız nəvəsinin şəcərəsinə mənsub olması səbəbilə heç bir monarxial ünvanı olmasa da, yalnız hersoq qızı olduğu üçün Leydi (Lady) ünvanı daşımaqda idi. Ancaq ana-babası VII Eduardın 1901-ci ildə taxta çıxmasının ardından verilən 9 noyabr 1905 tarixli fərmanla kiçik bacısı Maud Aleksandra ilə birgə Əlahəzrət şahzadə (Highness and Princess) ünvanı aldılar. Bu isə Britaniya tarixində yeganə elə hadisə oldu.
Qatıldığı ilk monarxial mərasim isə ana-babası VII Eduardın 20 may 1910-cu ildə baş tutan cənazə mərasimi və ardından taxta çıxan dayısı V Corcun 22 iyun 1911-ci ildə baş tutan tacqoyma mərasimi oldu. 1910-cu ilin avqustunda anasının dayısı Yunanıstan kralı I Georqun oğlu şahzadə Xristoforla gizlicə nişanlansa da, ailələrinin müdaxiləsiylə bu nişan qısa zamanda pozuldu. Ertəsi il Misir sahillərində baş verən gəmi qəzasından xilas edildi. Ancaq bu qəzadan bir neçə həftə sonra atası Aleksandr Duff vəfat etdi. Beləcə, onun böyük övladı kimi Fayf hersoginyası ünvanını miras aldı.
15 oktyabr 1913-cü ildə Sent-Ceyms sarayında anasının əmisi oğlu şahzadə Arturla evləndi. Cütlüyün bu nikahdan yalnız 1 övladı doğuldu.
Alastar Vindzor (1914–1943) Birinci Dünya müharibəsinin başlamasıyla Aleksandra Viktoriya tibb sahəsində təcrübə qazandı. 1915-ci ildən müharibənin sonunadək Londondakı Müqəddəs Mariya hospitalında tibb bacısı kimi çalışdı. Müharibənin ardından hospitaldakı fəaliyyətini davam etdirdi və 1919-cu ildə sertifikatlı tibb bacısı oldu. 1920-ci ildə əri şahzadə Artur Cənubi Afrika qubernatoru təyin edildi və bu səbəblə, əriylə birgə 4 il Afrikada yaşadı.
Londona döndükdən sonra tibb karyerasını davam etdirdi. İkinci Dünya müharibəsi illərində cəbhədən dönən yaralı əsgərlərə xidmət etdi. Ardından öz büdcəsiylə təsis etdiyi və uzun illər baş tibbi bacısı kimi çalışdığı Fayf Tibb Mərkəzini açdı.
1943-cü ildə yeganə övladı Kanadada donaraq öldü və varissiz qaldı. Bu səbəblə, kiçik bacısı Maud Aleksandranı öz varisi seçdi.
Uzun illərdir əziyyət çəkdiyi revmatoid artrit 1949-cu ildə onu yatağa bağlı hala gətirdi. Londondakı şəxsi mülkündə sakit həyat yaşamağa başladı və bu dövrdə 2 avtobioqrafiya yazdı: "Bir tibb bacısının hekayəsi" (1955) və "Misir və Xartum" (1956). 26 fevral 1959-cu ildə pnevmoniya səbəbilə evində vəfat etdi. Vəsiyyətinə əsasən, cənazəsi yandırıldı və külləri valideynləri və oğlunun yanında dəfn edildi.
Qalereya
Mənbə
Ədəbiyyat Ronald Allison and Sarah Riddell, eds., The Royal Encyclopedia (London: Macmillan, 1991); ISBN 0-333-53810-2 Marlene A. Eilers, Queen Victoria's Descendants (New York: Atlantic International Publishing, 1987); ISBN 91-630-5964-9 Alison Weir, Britain's Royal Families: the Complete Genealogy, rev. ed. (London: Pimlico, 1996); ISBN 0-7126-4286-2
İstinadlar Kateqoriya:Britaniyalı tibb bacıları Kateqoriya:Edvard dövrü