Paris Notr-Dam kilsəsinin böyük kafedrası () — kafedralın xəzinəsinə daxil olan və 1868-ci ildə hazırlanmış not dayaq kürsüsüdür.
Tarixi
Paris Notr-Dam kilsəsinin böyük kafedrası memar Ejen Violle-le-Dyukun eskizləri əsasında zərgər Plasid Puselq-Rüzan tərəfindən hazırlanmışdır. Bürünc və qızıl örtüklü dəmirdən hazırlanmış bu əsərin hündürlüyü 279 sm, maksimal eni isə 209 sm-dir. O, 1980-ci ildə Fransanın tarixi abidələri siyahısına daşınar mədəni irs nümunəsi kimi daxil edilmişdir.
Əsərin "barokko dinamizmi ilə yenidən yozulmuş orta əsr üslubunun formal lirizmi" klassik fiqurlarla fantastik təsvirləri bir kompozisiyada birləşdirir. Dekorativ tərtibatında dörd İncil müəllifinin rəmzlərini ifadə edən tetramorf, on iki həvarinin baş təsvirləri, tentakulu xatırladan astra çiçəkləri, iki nəhəng şamaltı, Alfa və Omeqa işarələri ilə bəzədilmiş üç not dayaq kürsüsü yer alır. Onlardan ən böyüyü qanadlarını alov dilləri kimi geniş açmış Müqəddəs İohannın qartal fiquru üzərində ucaldılmışdır və üzərində qradual kitabı yerləşdirilir.
İstinadlar
Kateqoriya:Paris Notr-Dam kilsəsində saxlanan sənət əsərləri Kateqoriya:Kafedra Kateqoriya:Fransanın tarixi abidələri Kateqoriya:1868-ci ilin əsərləri