Əbu Yaqub İshaq ibn Hənbəl ibn Hilal ibn Əsəd əş-Şeybani (; ) — Əhməd ibn Hənbəlin əmisi, Hənbəl ibn İshaqın atası, mühəddis.

Həyatı Oğlunun bildirdiyinə görə o, hicri 161-ci (778) ildə anadan olmuş və 94 yaşında hicri 253-cü (867) ildə vəfat etmişdir. Xətib əl-Bağdadi isə onun 92 yaşında (865-ci il) vəfat etdiyi yazmışdır.

Əbu Yalə əl-Hənbəli bildirir ki, o, vaxtının çoxunu Əhməd ibn Hənbəlin məclisində keçirər və ondan çoxlu rəvayətlər nəql edərdi. Həmçinin Yezid ibn Harun və Hüseyn ibn Məhəmməd əl-Mərvəzidən hədis eşitmişdir. Ondan oğlu Hənbəl və Məhəmməd ibn Yusuf əl-Cövhəri rəvayət etmişlər.

Onun oğlu Hənbəl ibn İshaq da mühəddis və fəqih idi.

Həmçinin bax Hənbəlilər

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Hənbəlilər