Emma əsl adı Emma Luis But (; ) — Uels müğənnisi. 1990-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanın "Give a Little Love Back to the World" adlı mahnısını Emma ifa edib. Bu, Pol Kertis tərəfindən bəstələnən və Böyük Britaniyanı təmsil edən dörd mahnıdan üçüncüsü olub. Mahnı müsabiqədə altıncı yeri tutub və Böyük Britaniyanın sinql hit-paradında (UK Singles Chart) 33-cü pilləyə qədər yüksəlib. Emmanın Avroviziya 1990-dakı bek-vokalçıları arasında Sem Blü və Miriam Stokli də yer alıb. Həyatı Emma Luis But Uelsin Bricend şəhərində anadan olub. 15 yaşında ikən o, 1990 Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil edən ən gənc müğənni olub. Həmin il müsabiqəyə yeni gətirilən yaş qaydasına (bütün iştirakçıların yarışdıqları il mütləq 16 yaşı tamam olmalıdır) ucu-ucuna uyğun gəlib. Mahnı ekoloji mövzuya həsr olunub. 1990-cı ilin bir çox digər iştirakçıları isə mövzu olaraq Avropa birliyini və son 12 ay ərzində bütün Avropada baş verən mühüm hadisələri seçiblər. 1990 Avroviziya Mahnı Müsabiqəsi Yuqoslaviyada olub. O, ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanıb. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilib. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutub. Emma mahnı müsabiqəsində altıncı yeri tutub. Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünyaşöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilib. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi olub. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunub.
O, Böyük Britaniyada "Big Wave Records" leyblı altında daha bir sinql buraxıb. Lakin 1991-ci ildə işıq üzü görən "Dance All Night" mahnısı hit-paradlara daxil ola bilməyib.O'Connor, John Kennedy. The Eurovision Song Contest - The Official History. Carlton Books, UK. 2007.
Şəxsi həyatı Emma But hazırda həyat yoldaşı və uşaqları ilə birlikdə Sietldə məskunlaşıb. Atası Con But aktyordur və hər il keçirilən pantomima tamaşalarında Oven Mani ilə birlikdə səhnə alır. Bacıları Emi və Kristi isə hazırda Cənubi Uelsdə rəqs məktəbi işlədirlər. Onların "KLA" adlı rəqs məktəbi "The Greatest Dancer" şousunun 1-ci mövsümündə iştirak edərək 2-ci yeri tutub. Diskoqrafiyası Sinqlları İlSinqlPeak chart positionsAlbomUK 1990"Give a Little Love Back to the World"33 Albom olmayan sinql 1991 "Dance All Night"— "—" denotes releases that did not chart or were not released.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları