Layla Kinnunen əsl adı Laura "Layla" Annikki Kinnunen (; ) — Finlandiya müğənnisi. O, 1950 və 1960-cı illərin ən populyar fin ifaçılarından biri hesab edilir. Kinnunen 1961-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil edib və bu, ölkənin sözügedən müsabiqədə ilk iştirakı kimi tarixə düşüb.
Həyatı Layla Kinnunen 8 noyabr 1939-cu ildə Helsinki ətrafındakı Vantaa şəhərində anadan olub. Tezliklə, müharibənin başlaması ilə əlaqədar olaraq onun ailəsi İsveçə təxliyə edilib və müğənni uşaqlıq illərini orada keçirib. O, Finlandiyaya yalnız 1949-cu ildə, 10 yaşında ikən geri dönüb. 1955-ci ildə müğənni Helsinkidə keçirilən musiqi müsabiqəsində qalib gəlib, 1955–1956-cı illərdə Lasse Pihlajamaanın orkestrində, daha sonra isə Olli Häme və Erkki Melakoskinin orkestrlərində solist olub. Onun hələ 1957-ci ildə yazdırdığı ilk valı — "Lazzarella" mahnısı tez bir zamanda böyük populyarlıq qazanıb. 1950-ci illərin sonunda onun "Illalla, illalla", "Kellä kulta, sillä onni", "Kuume", "Marina", "Jazzbasilli" və "Pieni kukkanen" mahnıları lentə alınıb.
1961-ci ildə Kinnunen "Valoa ikkunassa" ("Pəncərədəki işıq") mahnısı ilə Kann şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Finlandiyanı təmsil edib və onuncu yeri tutub. Bu çıxışdan sonra müğənni nəinki vətənində, həm də bütün Avropada tanınıb. Layla Kinnunen, həmçinin 1962-ci ildə "Lumineito", 1966-cı ildə "Muistojen bulevardi", 1967-ci ildə "Unohdusta ei ole" və 1969-cu ildə "Potkis" mahnıları ilə ölkəsinin milli seçim turlarında iştirak edib.
1960-cı illərdə müğənni olduqca fərqli janrlarda — bossa-nova, caz, romans və fin xalq mahnıları üslubunda əsərlər ifa edib. Onun ən tanınmış səs yazıları "Soittajapoika", "Mandshurian kummut", "Tiet", "Yön äänet", "Epävireiset sydämet", "Yhden nuotin samba", "Ipaneman tyttö", "Kun" və "En vastaa jos soitat" olub. 1962-ci ildə Layla, həmçinin bacısı Ritva Kinnunen ilə duet şəklində bir neçə mahnı, xüsusilə "Pojat" və "Lauantai" bəstələrini lentə aldırıb.
Kinnunen Helsinkidəki İsveç teatrında çıxış edib, kinoya çəkilib (məsələn, onun "Böyük melodiyalar paradı" filmi olduqca məşhurdur) və müxtəlif televiziya proqramlarında iştirak edib.
Lakin 1967-ci ildə onun tərəfindən yalnız bir neçə səs yazısı reallaşdırılıb. 1970-ci illərin əvvəllərində onun böyük musiqi leyblı olan "Scandia" ilə müqaviləsinə xitam verilib. Bundan sonra müğənni daha bir neçə mahnı yazdırsa da, 1980-ci illərin əvvəllərində birdəfəlik səhnədən uzaqlaşıb.
1989-cu ildə sənətçinin 50 illik yubileyi münasibətilə onun həyat və yaradıcılığından bəhs edən "Layla" adlı sənədli film çəkilib.
Layla Kinnunen iki dəfə ailə həyatı qurub: o, əvvəlcə aktyor Ville-Veykko Saminen ilə, daha sonra isə yuqoslaviyalı musiqiçi Miso Misiç ilə evli olub. İkinci evlilikdən 1970-ci ildə onun sonradan özü də müğənni olan qızı Milana Misiç dünyaya gəlib.
Kinnunen 2000-ci ildə vəfat edib və Malmi qəbiristanlığının 34-cü kvartalında dəfn olunub.
Albomları Laila (LP, Scandia 1965) Iskelmiä vuosien varrelta (LP, Scandia 1974) Ajaton Laila Kinnunen (LP, Scandia 1974) Sävelkansio (LP, Helmi 1980) Valoa ikkunassa (2LP, Helmi 1986) 32 ikivihreää (2LP, Safir 1989) 24 ikivihreää (CD, Finnlevy 1989) (1976) Mandschurian kummut (CD, Basebeat 1989) Unohtumattomat (CD, Helmi 1992) Parhaat (3CD, Valitut Palat 1994) 20 suosikkia — Lazzarella (CD, F Records 1996) 20 suosikkia — Valoa ikkunassa (CD, F Records 1996) 20 suosikkia — Mandshurian kummut (CD, F Records 1997) 20 suosikkia — Idän ja lännen tiet (CD, F Records 1997) Muistojen laila (CD, F Records 1999) Kaikki kauneimmat (CD, F Records 2000) Muistojen kyyneleet — 20 ennen julkaisematonta laulua (CD, Mediamusiikki 2001) Kadonneet helmet: 20 ennenjulkaisematonta laulua (CD, Mediamusiikki 2002) Kadonneet helmet 2: 20 ennenjulkaisematonta laulua (CD, Mediamusiikki 2004) 30 suosikkia (CD, Warner Music 2007)
İstinadlar
Ədəbiyyat Л. Киннунен: Halusin laulaa, halusin rakastaa Р. Икявалко: Valoa ikkunassa — Laila Kinnunen Т. Вуори-Таберманн: Lailan laulu
Xarici keçidlər
Лайла Киннунен на сайте Pomus.net Архив YLE Youtube
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Finlandiya müğənniləri Kateqoriya:Finlandiyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:XX əsr müğənniləri