Simona Stelzer (; ) — Avstriya pop müğənnisi. O, 1990-cı ildə Avroviziya Mahnı Müsabiqəsində Avstriyanı "Keine Mauern mehr" adlı mahnını ilə təmsil edib. Simona Stelzer müsabiqədə onuncu yeri tutub. 2013-cü ildən etibarən o, "Simone & Charly Brunner" şlyager duetinə daxil olub.[http://epub.oeaw.ac.at/ml/musik_S/Simone.xml Oesterreichisches Musiklexikon online Həyatı Simona Stelzer 1 oktyabr 1969-cu ildə Vyanada anadan olub. O, Hersoqenburqda böyüyüb. O, Krems Ali Texniki Məktəbində (HTL Krems) təhsil alıb və oranın bərpaçılıq şöbəsini bitirərək yetkinlik attestatı (Matura) alıb. Karyerasına 15 yaşında, 1984-cü ildə Peter Panski tərəfindən qurulan "Peter Pan" qrupunun vokalçısı kimi başlayıb və bu qrup 1985-ci ildə "A Night in Hippodrome" sinqlı ilə "Ö3" hit-paradına daxil olmağı bacarıb.
Simone Ştelzer 1990-cı ildə Avroviziya Mahnı Müsabiqəsində "Keine Mauern mehr" mahnısı ilə Avstriyanı təmsil edib və onuncu yeri tutub. Bu çıxış onun şlyager müğənnisi və aktrisa kimi karyerasının başlanğıcı olub. Dör d il sonra "Radio" mahnısı ilə Avstriyanın milli seçim turunda yenidən iştirak edib və dördüncü yeri tutub.
1994-cü ildə işıq üzü görən "Wahre Liebe" albomu ilə Simone böyük uğura imza atıb və eyniadlı əsas mahnı onun ən tanınmış hitinə çevrilib. Bu albomun ərsəyə gəlməsində Rolf Köler, Mixael Şolts, Detlef Videke və Birger Korleis kimi adlar iştirak edib ki, onlar o vaxta qədər "Modern Talking" və "C. C. Catch" kimi bir çox Diter Bolen layihələrində xor vokalçıları olublar. Simonenin səkkiz rəsmi albomu (ən yaxşı mahnılar topluları xaric) işıq üzü görüb; bu albomlar əvvəlcə alman-rok, daha sonra o dövrdə populyar olan dens (dance) üslubunda, 1990-cı illərin sonundan etibarən isə getdikcə daha çox müasir şlyager janrında olub. O, həmçinin "Fröhlich geschieden" və "Fröhliche Chaoten" kimi filmlərdə, "Tohuwabohu" serialında, Vaytensfelddəki Vinnetu oyunlarında və Feliks Dvorakın Berndorfdakı festivallarında rol alıb.
2006-cı ildə ORF kanalının "Dancing Stars" şousunun ikinci mövsümündə iştirak edib. Rəqs tərəfdaşı Aleksander Kraysl ilə birlikdə 5-ci yeri tutub. Növbəti il isə Simone Avstriyanın ATV telekanalında yayımlanan "It’s Showtime" verilişində Toni Polster və Gregor Bloeb ilə birlikdə münsif kürsüsündə əyləşib. 2007-ci ildə onun Bernhard Brink ilə dueti olan "Alles durch die Liebe" sinqlı (bu, "Mitten ins Herz" filmindəki "Way Back into Love" mahnısının kaver versiyası idi) işıq üzü görüb. Bunun ardınca o, 2008-ci il Avroviziya Rəqs Müsabiqəsinin Avstriya üzrə seçim turunda iştirak etsə də, mərhələni keçə bilməyib. Əvvəlki səsyazma leyblı "Koch Universal" ilə yollarını ayırdıqdan sonra, o, Cek Vaytın (Jack White) "Gloriella" leyblı ilə müqavilə bağlayıb və Cek Vayt onun üçün "1000 mal geträumt" sinqlının sözlərini və musiqisini bəstələyib. 2009-cu ildə "Ariola" leyblı Simonenin Avstriyada qızıl status qazanan "Morgenrot" albomunu yayımlayıb. Albomun prodüseri David Brandes olub.
3 oktyabr 2009-cu ildə Simone "Dancing Stars" layihəsindəki tərəfdaşı Aleksander Kraysl ilə Dürnştaynda ailə qurub. Cütlük 2013-cü ildə ayrılıb və 2015-ci ildən rəsmən boşanıb.
2012-ci ildə işıq üzü görən "Pur" albomu da "Ariola" tərəfindən buraxılıb və bu, Simonenin hələlik sonuncu solo albomu olub. Layihənin prodüserliyini David Brandes edib. Bu albomda Avstriyanın tanınmış şlyager müğənnisi Şarli Brunner ("Brunner & Brunner" qrupundan) ilə duet mahnısı yer alıb. "Ich denk noch an dich" dueti Şarli Brunner ilə uzunmüddətli əməkdaşlığın təməlini qoyub və bunun ardınca üç birgə albom ərsəyə gəlib. Onlar hər albomda duet adlarını dəyişiblər: "Das kleine große Leben" albomunda özlərini "Charly Brunner & Simone", "Alles geht!" albomunda "Brunner & Stelzer", duet albomu olan "Wahre Liebe" layihəsindən bəri isə "Simone & Charly Brunner" adlandırıblar. İllərlə davam edən əməkdaşlıqdan sonra Simone və Şarli 17 mart 2018-ci ildə Florian Silbereizenin "Heimlich-Show" proqramında bir-birlərinə olan sevgilərini elan ediblər.
13 oktyabr 2020-ci ildə Simone "The Masked Singer Austria" şousunda "Lipizzaner" (at) maskası altında çıxışını başa vuraraq maskasını çıxarıb və ikinci yeri tutub.
19 sentyabr 2025-ci ildə, 13 illik fasilədən sonra, onun "Superman", "Inferno", "So schön Gaga" kimi hitlərinin, həmçinin yeni mahnı və remikslərinin daxil olduğu "Das ist Liebe" adlı solo albomu işıq üzü görüb. Diskoqrafiyası Studiya albomları Feuer Im Vulkan Gute Reise (bon voyage) Ich liebe Dich Aus Liebe Träume Solang wir lieben Ganz nah Schwerelos Das Beste und mehr Morgenrot Mondblind Pur Das kleine große Leben (Çharli Brunner ilə duetdə) Alles geht! (Çharli Brunner ilə duetdə) 25 Jahre Simone – Die ultimative Best of
Singles Wahre Liebe Josie Heute Nacht Wahre Liebe wartet Nimm mich einfach in den Arm ... Ich lieb dich oder nicht Denn es war ihr Lachen (Sayonara) Verlier mein Herz nicht, wenn du gehst Ich muss dich wiedersehn Solang wir lieben Alles durch die Liebe (Bernhard Brink ilə duetdə) 1000 mal geträumt Ich hätt ja gesagt Die Nacht als sie fortlief Morgenrot Halt mich ein letztes mal Sehnsucht kommt nicht von ungefähr Ich möcht niemals Deine Tränen sehn Wenn Du gehst Ich denk noch an Dich (Çharli Brunner ilə duetdə) Heisskalter Engel Das kleine große Leben (Çharli Brunner ilə duetdə) Buongiorno Amore (Çharli Brunner ilə duetdə) Arche Noah (Çharli Brunner ilə duetdə) Woher weiß ich das es Liebe ist (Çharli Brunner ilə duetdə) Das kann uns keiner nehmen (Çharli Brunner ilə duetdə) Nur für den Moment (Çharli Brunner ilə duetdə) Wahre Liebe (Çharli Brunner ilə duetdə) Nachtschwärmer (Çharli Brunner ilə duetdə) Die Tage enden nicht am Horizont (Çharli Brunner ilə duetdə) Traumtänzer (Çharli Brunner ilə duetdə) Kompass für mein Herz (Çharli Brunner ilə duetdə) Leichtes Spiel
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları