thumb|Türk Polisləri thumb|Polis helikopteri Türkiyə Polisi, Baş Təhlükəsizlik İdarəsi, Polis İdarəsi və ya Türk Polis Təşkilatı — ilk dəfə 10 aprel 1845-ci ildə qurulan və hazırda Türkiyənin bütün vilayət və mahallarında təşkil edilən daxili təhlükəsizlikdən məsul dövlət təşkilatı. Baş Təhlükəsizlik İdarəsi şəhərlərdə fəaliyyət göstərir, Sahil Mühafizəsi xidməti sahilyanı ərazilərə, Jandarma Baş Komandanlığı isə kənd ərazilərinə cavabdehdir."JANDARMA TEŞKİLAT, GÖREV VE YETKİLERİ KANUNU"
Mərkəzi təşkilata aşağıdakı departamentlər daxildir: Baş Komandanlıq və Nəzarət, Strategiyaların İşlənməsi, Arxivlər, İctimai asayiş, İnformasiya texnologiyaları, Xarici əlaqələr, Təhlükəsizlik, Rabitə, Aviasiya, İnzibati və Maliyyə işləri, Təchizat, Tikinti və daşınmaz əmlak, İnterpol, Kəşfiyyat, Qaçaqmalçılıqla mübarizə, Xüsusi mühafizə və mütəşəkkil cinayətkarlıqla mübarizə, Kadrlar, Səhiyyə işləri, Mülki müdafiə, Sosial xidmətlər, Təftiş şurası, Terrorla mübarizə əməliyyatları, Narkotiklərlə mübarizə, Yol polisi, Nəqliyyat və Təftiş, Sərhəd və Sığınacaq departamentləri.
Əyalət təşkilatları Əyalət Polis müdirlikləri və Rayon Polis bölmələrindən ibarətdir. Baş İdarə yuxarı struktur və idarəetmə baxımından Daxili İşlər Nazirliyinə tabedir.
Baş Təhlükəsizlik idarəsi ikili struktura malikdir: Mərkəzi təşkilat və Əyalət təşkilatı. Mərkəzi təşkilat Departament müdirliklərindən ibarətdir. Əyalət təşkilatı 81 vilayətin hamısında Əyalət Polis idarələrinin müdirliyi kimi fəaliyyət göstərir.
Mərkəzi təşkilatdakı departamentlərin bəziləri birbaşa Təhlükəsizlik rəisinə, digərləri isə Təhlükəsizlik üzrə rəis müavininə tabedir. Əyalət təşkilatında hər əyalətə bir Təhlükəsizlik rəisi rəhbərlik edir və əyalət daxilindəki bütün bölmələr bu rəisə tabedir.
Türkiyə sərhədləri daxilində Bələdiyyə təşkilatlarının tam qurulduğu vilayət, rayon və şəhərlərdə təhlükəsizlik Baş Təhlükəsizlik İdarəsi tərəfindən təmin edilir. Kiçik şəhərlərdə və hələ inkişafa açıq olmayan ərazilərdə təhlükəsizlik Jandarma Baş Komandanlığı, sahil və dəniz ərazilərində isə Sahil Mühafizəsi Xidməti tərəfindən təmin edilir.
Tarixi Tarix boyu müxtəlif dövlətlər quran türklər milli müdafiə ilə birlikdə ictimai asayişi və təhlükəsizliyi qoruyub saxlamışlar.
Qədim türklərdə polis Qədim türk cəmiyyətlərində ictimai asayiş və təhlükəsizlik xüsusi qanunlara uyğun olaraq Subaşılar (yerli idarəçilər) tərəfindən həyata keçirilirdi. Həmin dövrlərin əsas hüquq qaydalarına misal olaraq Oğuz xanın Oğuz qanununu, Çingiz xanın Böyük Qanununu və Teymurun tüzüklərini göstərmək olar. Bu qanunlar təkcə cinayətlərin qarşısının alınmasına deyil, həm də onları törədən cinayətkarların tutulmasına əhəmiyyət verirdi. Qədim türk cəmiyyətlərində polis qüvvələri hərbi təşkilatın tərkibində olub və hərbi xüsusiyyətlər nümayiş etdirib.
Osmanlı İmperiyasında polis 1299-1453-cü illər Sülh dövründə subaşı müharibə üçün lazım olan əsgərlərin nizam-intizamına və təliminə, habelə şəhərdə asayişin və təhlükəsizliyin qorunmasına cavabdeh idi. Müharibə zamanı onlar hazırladıqları qoşunlara komandanlıq edirdilər.
Osmanlı İmperiyasında polis hərbi təşkilatın tərkibində idi və hərbi komandirlər də polis rəisi vəzifəsini yerinə yetirirdilər. Dövlət və ordu böyüdükcə sultanlar bütün inzibati, hərbi, ictimai asayiş və təhlükəsizlik məsələlərini dövlət məmurları və ictimaiyyət qarşısında onları təmsil edən böyük vəzirlər vasitəsilə idarə edirdilər. Ona görə də baş vəzirlər bu vəzifələrdə xüsusi zabitlərdən və məxvi mühafizəçilərdən istifadə edirdilər.
1453-1826-cı illər Təhlükəsizlik orqanları Baş vəzir, Yeniçəri komandiri, Silahlar Palatasının rəhbəri, Kaptan-ı dərya, Artilleriya və Topçular rəisi, Qazı, hakim və baş gözətçilərindən ibarət idi. Ən yüksək səlahiyyət sahibi Yeniçəri komandiri idi.
1826-1908-ci illər 1826-cı ildən Yeniçərilər ləğv edildikdən sonra Osmanlı İmperiyasında polis xidməti yerli qarnizonlar və dövlət idarəçiləri tərəfindən həyata keçirilirdi.Historical Development of Turkish Police Organization
1845-ci il aprelin 10-da İstanbulda "Polis" adlı bir təşkilat yaradıldı. Yeni yaradılan bu təşkilat polis qüvvələrinin vəzifələri həmin tarixdə dərc edilmiş "Polis Əsasnaməsində" öz əksini tapıb və bu barədə xarici səfirliklərə də yazılı şəkildə məlumat verilib. Bu əsasnamə "Paris Təhlükəsizlik Müdirliyi Fərmanı"nın mətni əsasında hazırlanmışdır və indiki Tənzimatın bir hissəsi olaraq quruldu.
1908-1920-ci illər 1908-ci ildə İkinci Məşrutiyyət dövrünün elan edilməsindən sonra Osmanlı polisinin Fransa və Almaniyadakı polis təşkilatlarına əsaslanaraq yenidən təşkil edilməsi qərara alındı. 22 iyul 1909-cu ildə çıxarılan "İstanbul Əyalətinin Təşkili və Asayiş Baş İdarəsi Haqqında Qanun" ilə Jandarma İdarəsi 31 Mart qiyamından sonra ləğv edildi. Onun yerinə Daxili İşlər Nazirliyinin nəzdində ümummilli polis işlərinin aparılmasına cavabdeh olan “İctimai Təhlükəsizlik Baş İdarəsi” və İstanbul vilayəti üçün ayrıca polis idarəsi yaradıldı.
İllər ərzində funksiya və strukturda böyük dəyişikliklərlə üzləşsə də, qurum özü olduğu kimi qaldı və Türk İnqilabı zamanı varisi ilə əvəz olunmadı.TARİHTE POLİS
İstiqlaliyyət müharibəsində polis 1918-ci ildə Mondros barışıq müqaviləsindən 24 iyun 1920-ci ildə Milli Polis Təşkilatının yaradılmasına qədər bütün ölkə ərazisində Osmanlı Dövlətinin polis qüvvəsi xidmət etmişdir. 24 iyun 1920-ci il və 24 fevral 1923-cü il tarixləri arasında İstanbul Polis İdarəsi ləğv edildikdən sonra polis qüvvəsi iki yerə bölündü: biri İstanbulda yerləşən, Osmanlı Dövlətinə və Türkiyə Qurtuluş Savaşı zamanı getdikcə azalan bir ərazidə və yalnız İstanbul daxilində, digəri isə İstanbul istisna olmaqla, Misaqi-milli ilə müəyyən edilmiş sərhədlər daxilində, mərkəzi Ankarada yerləşən sürətlə genişlənən bir bölgədə fəaliyyət göstərirdi.
Ankarada Milli Hökumətin Baş Təhlükəsizlik Müdirliyi ilk dəfə 1920-ci ildə təşkil edilmişdir.
Təhsili Ali Polis Akademiyasına qədər bütün təlimlər Polis Akademiyasının bir hissəsi olan Polis Tədris Mərkəzləri (PTM), həmçinin Polis Məmurlarının Tədris Mərkəzləri (POTM), Polis Məktəbləri (PM) və Polis Liseyləri tərəfindən həyata keçirilirdi.
Polis Akademiyası Polis Akademiyasını birinci dərəcəli zabit hazırlığı ilə bitirən polis məzunları xidmətə Komissar köməkçisi rütbəsi ilə başlayırlar.
Mərkəzi Polis Xidmətinə işə qəbul edildikdə (imtahan nəticələrinə əsasən polis əməkdaşları arasından) təhsil müddəti iki il olmalıdır. Polis məktəblərində müxtəlif sahələr üzrə təhsil almış şəxslər səkkiz aylıq peşə hazırlığından sonra polis əməkdaşı kimi xidmət edirlər. Polis liseylərində təhsil iki illik proqram səviyyəsinə uyğundur və məzunlar Polis zabiti rütbəsi ilə xidmətə başlayırlar."Polis Vazife ve Salahiyet Kanunu"
Polis iki növ təlim keçir. Birincisi Təhsil Nazirliyi tərəfindən birbaşa Mühafizə Baş İdarəsi nəzdində fəaliyyət göstərən iş yerində təlim və ikikncisi Polis Akademiyası tərəfindən həyata keçirilən peşə hazırlığı. Polis Akademiyası beş müxtəlif təlim proqramı təklif edir:
Bakalavr dərəcəsi (Polis Peşə liseyləri, 2 il) Bakalavr dərəcəsi (Təhlükəsizlik Elmləri fakültəsi, 4 il) Magistratura (Təhlükəsizlik Elmləri İnstitutu, 4 semestr) Ankarada Dövlət ali təhsil müəssisələrində təhsil İdarəetmə təlimi (Təhlükəsizlik Elmləri İnstitutu, yüksək rütbəli Polis rəisləri idarəetmə təlimi)
Ankara və Bursada iki Polis kolleci (lisey) də birbaşa Təhlükəsizlik Baş İdarəsinə tabedir. Narkotiklərlə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Beynəlxalq Akademiyası və Cinayət Araşdırma Mərkəzi kimi digər təhsil müəssisələrində də həmçinin mütəxəssislər üçün iş yerində təlimlər keçirilir.
Ankara və Bursada iki polis kolleci (lisey) birbaşa Təhlükəsizlik Baş İdarəsinə tabedir. Digər təhsil müəssisələrində Türkiyə Beynəlxalq Narkotiklərlə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Akademiyası və Cinayət Araşdırmaları və Araşdırma Mərkəzi kimi mütəxəssislər üçün iş yerində təlimlər keçirilir.
Rütbələr Baş Polis İdarəsi Emniyet Genel Müdürlüyü Polis rəisi 1-ci dərəcəli Polis rəisi 2-ci dərəcəli Polis rəisi 3-cü dərəcəli Polis rəisi 4-cü dərəcəli Polis rəisi Polkovnik leytenant Baş komissar İnspektor Komissar köməkçisi Çavuş Kapral Polis zabiti
Funksiyası İctimai asayişi, şəxsi və yaşayış toxunulmazlığını qorumaq, İnsanların, malların və ictimai asayişin təhlükəsizliyini təmin etmək, yardıma ehtiyacı olan uşaqlara, əlillərə və digər imkansız qruplara yardım göstərmək.
Əlaqəli qurumları thumb|Baş Təhlükəsizlik idarəsinin bayrağı
Mərkəzi təşkilatları Təftiş heyəti idarəsi Şəxsi Təhlükəsizlik Nəzarət idarəsi Hüquq məsləhətçisi Xüsusi Əməliyyat idarəsi Kəşfiyyat İdarəsi Yol polisi idarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi Kadrlar idarəsi Prezidentin Müdafiəsi idarəsi Narkotik Cinayətlərə Qarşı Mübarizə idarəsi İctimai Asayişin qorunması idarəsi Sənəd dövriyyəsi və koordinasiya idarəsi İnformasiya Texnologiyaları və Rabitə Departamenti Dəstək Xidmətləri Departamenti Xarici əlaqələr idarəsi Qaçaqmalçılıq və Sərhəd Qapıları idarəsi Təhlükəsizlik idarəsi Aviasiya idarəsi Tikinti və Əmlak idarəsi İnterpol-Avropol Departamenti Mühafizə idarəsi Cinayətlə qarşı mübarizə idarəsi Media-ictimaiyyətlə əlaqələr və protokol idarəsi Kiber Cinayətlər idarəsi Sosial Xidmətlər və Səhiyyə İdarəsi Strategiya İnkişafı Departamenti Şahidlərin Müdafiəsi İdarəsi Parlamentin Müdafiə Departamenti Terrorla Mübarizə idarəsi Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi
Xarici ölkələrdəki nümayəndələri Təhlükəsizlik məsləhətçiləri Təhlükəsizlik attaşeləri
Əyalət və rayon təşkilatları Əyalət Polis şöbələri Rayon Polis şöbələri
Vəzifələri Təhlükəsizlik Baş İdarəsinin vəzifələri aşağıda təqdim olunub:
Ümumi təhlükəsizliyin və ictimai asayişin təmin edilməsinə yönəlmiş xidmətlərin müvafiq qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək; Cəmiyyəti ictimai asayişin pozulmasından qorumaq yolları barədə məlumatlandırmaq, uşaq və gənclərin cinayətə meyl etmələrinin və cinayətlərdə istifadə olunmasının qarşısının alınması üçün xidmətlər həyata keçirmək; İctimai asayiş cinayətləri ilə bağlı məlumat və statistik məlumatları qiymətləndirmək, cinayət təhlili aparmaq və bunları qiymətləndirərək ictimai asayişi pozan cinayətlərin qarşısını almaq üçün cinayətlə mübarizə üsullarını müəyyən etmək, əyalət təşkilatının işinə rəhbərlik etmək və cəmiyyətin hər zaman Türk polisinə güvənməsini təmin etmək. Bu vəzifələrin tətbiq dairəsi müvafiq əsasnaməyə uyğun olaraq əyalət və rayon bələdiyyələrinin hüdudları daxilindədir.
Vəzifə növləri Yol polisi Yol polisi, Təhlükəsizlik Ümumi Müdirliyinə bağlı hüquq-mühafizə orqanlarının bir qoludur. Onun vəzifələrinə lazımi yol-nəqliyyat yoxlamalarının aparılması, sürətə nəzarət və həm şəhər daxilində, həm də ondan kənarda, eləcə də magistral yollarda yol-nəqliyyat hadisələri barədə məlumat vermək daxildir. Yol polisinin əsas vəzifələrinə nəqliyyat axınının idarə edilməsi və onun fasiləsizliyinin təmin edilməsi, sürücülük vəsiqələrinin yoxlanılması, yol hərəkəti qaydalarına riayət olunmasının müəyyən edilməsi, yol hərəkəti qaydalarının pozulması ilə bağlı hesabatların hazırlanması, sürücü və nəqliyyat vasitələri haqqında məlumatların saxlanılması və arxivləşdirilməsi, mövcud məlumatların qiymətləndirilməsi daxildir.Trafik Polisi
Dəniz polisi Dəniz polisi liman ərazilərinə, körfəzlərə və daxili sulara cavabdeh olan polis qüvvəsidir. Dənizdə hüquq-mühafizə və inzibati məsələlərə cavabdeh olan bölmədir.Deniz Polisi
Motosiklet sürən polislər sağ|upright=1|thumb|Motosiklet sürən polis