Xan bağı və ya Tut bağı — Şuşada yerləşən tarixi bağ, "Xan qızı" bulağının ətrafında yerləşir.

Tarixi Bu bağ 1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan tərəfindən salınmışdı. Bağın salınmağın məqsədi ipəkşiliyə təkan vermək idi, çünki ipəyi əmələ gətirən barama qurdları tut yarpağı ilə bəslənir. Hazırda bağda yaşı 150 ili keçmiş ağaclar var. Keçmişdə bu bağ Xan bağı və Xan qızı Natəvanın bağı kimi tanınardı.

Hesab olunur ki, Qarabağ xanı İbrahimxəlil xana (XVIII–XIX əsrlər) məxsus olan zorxana Şuşanın Xan bağında yerləşirdi. Orada dövrün idman sirləri öyrədilirdi, fiziki sağlamlığın qoruyub saxlamaq üçün məşq və yarışlar keçirirdilər, pəhləvanlar hazırlanırdılar. Qarabağ xanlığında pəhləvan statusu xüsusi fərmanla verilirdi.

Xanlıq və çar Rusiyası dövründə bu bağ gəzinti-istirahət məqsədilə istifadə olunardı. Sovet dövründə,1970-ci illərindən işğala qədərki dövrdə də bağ gəzinti və istirahət guşəsi olmuşdu. 1985-ci ildə Üzeyir Hacıbəylinin heykəli ucaldılandan sonra isə bağda müntəzəm olaraq kütləvi mədəni tədbirlər və bayram konsertləri keçirilərdi. Heykəl işğal zamanı dağıdılmış, işğaldan azad olunandan sonra öz əvvəlki yerində ucaldılıbdır.

İstinadlar

Kateqoriya:Şuşa abidələri Kateqoriya:Şuşa abidələri Kateqoriya:Azərbaycan bağları