Avstriyada dini etiqad azadlığı — ölkənin konstitusiyası və beynəlxalq müqavilələri ilə qorunan təməl insan hüquqlarından biri kimi fəaliyyət göstərir.
2025-ci ildə ölkə dini etiqad azadlığına görə 100 baldan 93 bal almışdır.
2021-ci ildə hökumət antisemitizm və şiddətə qarşı mübarizə aparmaq üçün yeni bir heyət qurmuşdur.
Dini demoqrafiya Ölkədə müxtəlif dini inanc nümayəndələri yaşayır. Hökumətin hesablamalarına görə, 2022-ci ildə Roma Katolikləri əhalinin 55%-dən çoxunu təşkil edirdi. Şərqi Pravoslavlığın davamçıları 4,9%, Protestantlar 3,8% və Müsəlmanlar (əsasən Sünni) 8,3% təşkil etmişdir. Əhalinin 22%-dən çoxu heç bir dinə etiqad etməyən şəsxlər, qalan hissəsi isə Yehovanın Şahidləri, Yəhudilər və digər dini qruplardan ibarət olmuşdular.
2001-ci il siyahıyaalınmasına əsasən isə, əsas dinlərdə üzvlük bu cür idi: Roma Katolik Kilsəsi 74 faiz, Lüteran və Presviterian Kilsələri (Yevangelist Kilsəsi-Auqsburq və Helvetik konfessiyaları) 4.7 faiz, İslam icması 4.2 faiz, Yəhudi icması 0.1 faiz təşkil etmişdir. FESSEL-GfK tərəfindən keçirilən sorğuya əsasən isə respondentlərin 78 faizi bir kilsəyə və ya dini qrupa mənsub olduğunu bildirmişdir.
Dini azadlığın statusu
Hüquqi və siyasi çərçivə Konstitusiya dini etiqad azadlığını təmin etmiş və hökumət ümumilikdə bu hüquqa praktikada hörmət edir. Lakin 1998-ci il Dini Konfessiya İcmalarının Statusu haqqında qanuna əsasən ikinci dərəcəli status alan (və ya heç bir status almayan) dini qruplar üçün müəyyən istisnalar müəyyən edilmişdir.
Dini təşkilatların statusu kilsələrin tanınması haqqında 1874-cü il Qanunu və "konfessiya icmaları" statusunu müəyyən edən 1998-ci il qanunu ilə tənzimlənir. Dini təşkilatlar hüquqi olaraq üç kateqoriyaya bölünmüşdür. Rəsmi olaraq tanınan dini cəmiyyətlər bunlardan ibarətdir: Katolik kilsə Roma Ayini (1781-ci ildən əvvəl tanınmış), Bizans Ayini (1782-ci ildən tanınmış) Erməni Ayinini (1810-cu ildən tanınmış) Lüteran "Auqsburq" konfessiyası və İslahatçı "Helvetik" konfessiyadan ibarət Protestant Kilsəsi 1781-ci ildən etibarən rəsmən tanınmış. Konstantinopol Ekumenik Patriarxlığı, Serb, Rumın, Rus və Bolqar kilsələrini əhatə edən Şərqi Pravoslav Kilsəsi 1782-ci ildən sistemə daxil edilmiş. Qədim Katolik Kilsəsi 1874-cü ildən cəmiyyət kimi qəbul edilmiş. Yəhudi İcması 1890-cı ildən etibarən tanınmış. İslam İcması 1912-ci ildən bəri rəsmi status almış. Avstriya Metodist Kilsəsi 1951-ci ildə qeydə alınmış. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (Mormonlar) 1955-ci ildən fəaliyyət göstərir. Erməni Həvari Kilsəsi (1971-ci ildən tanınmış), Kopt Pravoslav Kilsəsi (2003-cü ildən tanınmış) və Suriya Pravoslav Kilsəsini ehtiva edən Şərq Pravoslav Kilsəsi. Yeni Həvari Kilsəsi 1975-ci ildən status əldə etmiş. Buddist icması 1983-cü ildən etibarən qeydiyyata salınmış. Yehovanın Şahidləri 2009-cu ildən rəsmən fəaliyyətə başlamış. Ələvi icması 2013-cü ildə cəmiyyət statusu qazanmış. Baptistlər, Yevangelist Alyansı, Azad Xristian İcması (Əllincilər), ELAIA Xristian İcması və Mennonitlərdən ibarət Avstriyadakı Azad Kilsələr də 2013-cü ildə qeydiyyatdan keçmiş.
Təşkilatların hər bir kateqoriyası fərqli hüquq, imtiyaz və öhdəliklər toplusuna malikdir.
1874-cü il qanunu çərçivəsində dini cəmiyyət kimi tanınma icbari kilsə töhfələri proqramında iştirak etmək, dövlət məktəblərində dini təhsil vermək və dini işçiləri ölkəyə nazir, missioner və ya müəllim kimi gətirmək səlahiyyəti kimi geniş təsirlərə malikdir. 1874-cü il qanununa görə, dini cəmiyyətlər "dövlət korporasiyası" statusuna sahibdir. Bu status dini cəmiyyətlərə konfessiya icmaları və assosiasiyalarına qadağan edilmiş bir sıra ictimai və ya kvazi-ictimai fəaliyyətlərlə məşğul olmağa icazə verir.
Yeni dini icma qeydiyyatdan keçirmək üçün müraciət edilməsi lazımdır. Müraciət etmək üçün qrupların ən azı 300 üzvü olmalı və üzvlərin məqsədlərini, hüquq və vəzifələrini, eləcə də üzvlük qaydalarını, rəsmiləri və maliyyələşməni təsvir edən yazılı nizamnamələrini hökumətə təqdim etmələri tələb olunur. Hökumət onları tanıdıqdan sonra, dini konfessiya icmaları öz adlarına daşınmaz əmlak almaq və mal və xidmətlər üçün müqavilə bağlamaq kimi fəaliyyətlərlə məşğul olmağa icazə verən hüquqi statusa malik olurlar.
Dini cəmiyyət və ya konfessiya icması statusu ala bilməyən dini qrupların, Assosiasiyalar haqqında Qanuna əsasən, assosiasiya ola bilməsi mümkün olur. Assosiasiyalar qanunvericiliyə əsasən korporasiyalar sayılır və daşınmaz əmlaka sahib olmaq hüququ da daxil olmaqla, konfessiya icmaları ilə eyni hüquqların bir çoxuna sahib olur. Hökumət dövlət məktəblərində rəsmi olaraq tanınmış 13 dini cəmiyyətdən hər hansı birinə mənsub olan uşaqlar üçün dini təhsil və ibadət yerlərini maliyyələşdirir.
Dini azadlığa qoyulan məhdudiyyətlər Missionerlik fəaliyyətlərində heç bir məhdudiyyət tətbiq edilmir. Tarixən tanınmayan dini qruplar xarici dini işçilər üçün yaşayış icazəsi almaqda problemlər yaşamır.
2017-ci ilin oktyabr ayında Avstriya, ictimai yerlərdə üzün örtülməsini qadağan edən bir qanun qəbul etmişdir. Bu qanun burka və digər bənzər geyimlərin istifadəsini effektiv şəkildə qadağan etdiyi üçün müxtəlif ekspertlər tərəfindən İslamofobik və "müsəlman qadınların kriminallaşdırılması" kimi tənqid edilmişdir.
Hökumət, dövlət sektorunda çalışan müsəlman qadınların ictimai yerlərdə baş örtüyü taxmasına qadağanı davam etdirmiş və ictimai yerlərdə tam üzü örtən niqablar da qadağan edilmişdir.
Konstitusiya dövlət məktəblərində tədrisin dini inanca münasibətdə neytral olmasını tələb edir.
Cəmiyyətdəki istismarlar və ayrı-seçkilik Avstriyada bəzi hallarda antisemit və anti-müsəlman hadisələri, o cümlədən nifrət nitqi, ayrı-seçkilik və şiddət barədə hesabatlar qeydə alınmışdır.
8–9 iyun 2005-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Antisemitizm və Digər Dözümsüzlük Formaları üzrə iclasında bəzi qeyri-hökumət təşkilatları mövcud sistemin, xüsusən də Dini İcmalar haqqında 1998-ci il Qanununun təbiəti etibarilə ayrı-seçkilik xarakteri daşıdığı qənaətinə gəlmişdir.
İstinadlar
Kateqoriya:Avstriyada din