thumb|12-ci sülalə dövrünə aid, Teben şəhərində tapılmış, fil sümüyündən hazırlanmış oyun lövhəsi "Əlli səkkiz deşik oyunu" və ya müasir adı ilə "İtlər və çaqqallar oyunu" — qədim Misir stolüstü oyununa verilən addır, qazıntılarda tapılan bir neçə oyun lövhəsi və oyun parçası nümunəsindən elmə məlumdur. "İtlər və çaqqallar oyunu" adı Hovard Karter tərəfindən verilmişdir. Qədim Misir fironu IV Amenemhatın hakimiyyəti dövründən qalma və 12-ci sülaləyə aid olan Teben türbəsindəki tam bir oyun dəsti Karter tərəfindən tapıldıqdan sonra bu ad verilmişdir. Oyun dəsti bu gün Nyu-Yorkdakı Metropoliten İncəsənət Muzeyində saxlanılır. Oyun tarixçiləri oyun üçün "əlli səkkiz deşik" adını istifadə etməyə üstünlük verirlər.

Oyun lövhəsində 29 dəlikdən ibarət iki dəst var. Oyun parçaları çaqqal və ya it başları olan on kiçik çubuqdur. Oyun eramızdan əvvəl 2000-ci ildə Misirdə ortaya çıxmış və əsasən Orta padşahlıq dövründə məşhur olmuşdur. 1956-cı ildə çəkilmiş "On Əmr" filmində firon Seti (Sedrik Hardvik) və Nefretiri (Anne Baxter) oyun oynayarkən təsvir olunurlar.

Anadolu və Qafqazdan əldə edilən mövcud dəlillər nəzərə alınmaqla, bu oyunun əslində Misirdə yaranmaması mümkün hesab edilir. Bu fikir keçmişdə də irəli sürülmüşdü, lakin indi bu oyunun Misirdən uzaqda erkən dövr populyarlığına dair daha çox dəlil mövcuddur.

İstinadlar

Kateqoriya:Qədim Misir mədəniyyəti Kateqoriya:Stolüstü oyunların tarixi Kateqoriya:Ənənəvi stolüstü oyunlar